Əvəz Həsənov: Dağlıq Qarabağla bağlı material hazırlamaq çox çətin və risklidir.

Parts_of_a_Circle_Handbook_Страница_01Əvəz bəy, sizin də iştirak etdiyiniz Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Həlqənin hissələri” filmini artıq tamaşaçılar izləməyə başlayıblar. Bu filmin çəkilməsində məqsəd nə idi?

Dağlıq Qarabağ münaqişəsi haqqında indiyə kimi çoxlu sayda kitablar yazılıb, monoqrafiyalar və hesabatlar dərc olunub. Onların özünəməxsus oxucuları vardır. Lakin, münaqişə haqqında hər tərəfin daxili narrativlərini nəzərə alan filmlər və yaxud ekranlaşdırlmış video müsahibələri vardır ki, onun əsas izləyiciləri elə həmin ölkələrin daxilində olur. Birgə sayıla biləcək resurslar çox az olub. Bizdən fərqli olaraq Erməni tərəfi müanqişə ilə bağlı daha çox sənədli filmlər ortaya qoyublar. Lakin, həmin filmlər birtərəfli olduğu üçün onlara maraq əsasən erməni izləyicilər işərisində olur. Azərbaycanlı izləyici isə yalnız onu bloklamaq üçün şikayıt verməklə bu cür filmləri izləyir. Eyni proses də bizim filmlərimiz ilə baş verir.

2012-ci ildə Barışıq Resursları təşkilatı özünün icra etdiyi layihə çərçivəsində bu filmin hazırlanmasını Azərbaycanlı və Erməni partnyorlarına təklif etdi. Filmin kontentinin müzakirəsi və hadisələrin xronologiyasının razılaşdırılması uzun bir vaxt apardı.

Filmin mövzusunu kim təklif etmişdi?

Film 3 hissədən ibarətdir. Onun əhatə etdiyi hadisələr heç də münaqişə ilə bağlı bütün hadisələri əks etdirmir. Filmə daxil edilən mövzuları təbii ki, bütün komanda birgə müzakirə etmişdi. Hadisələrin seçimi zamanı münaqişənin həllinə təsir edə biləcək və yaxud tərəflər üçün ən vacib sayılacaq hadisələri işıqlandırmaq istəyirdik.

Bu hadisələri necə müəyyən edirdiniz?

Qarabağ münaqişəsi ilə məşğul olan hər kəs yaxşı bilir ki, hansı hadisələr bu qarşıdurmaya, onun müharibəyə çevrilməsinə, tərəflər arasında bir-birinə nifrətin yaranmasına və sonda münaqişənin aradan qaldırılması üçün danışıqların aparılmasına səbəb olub. Ona görə də xronologiyanı nəzərə almaqla bu hadisələrin saf-çürük edilməsi qərarına gəldik.

Başa düşürəm nə demək istəyirsiniz. Amma, razılaşın ki, ermənilərin və, azərbaycanlıların tamamilə fərqli həqiqətləri var. Bunu görmədən hadisələri necə ümumiləşdirmək olar?

Kim deyir ki, biz hadisələri ümüumiləşdirmişik? Biz müəyyən olunan və hamımızın razılaşdığımız bir hadisəyə Azərbaycan və Erməni tərəfin mövqeyini ortaya qoymuşuq. Tamaşaçı, filmə baxanda sujeti və məntiqi ardıcıllığı olan film görmək istəyir. Ona görə də tamaşaçını bu hissdən məhrum etməmək üçün sujeti elə qurmuşduq ki, təkrarçılıq olmasın. Çünki 1 saatlıq film elə qurulub ki, 60 saniyənin 15 dəqiqəsində Azərbaycan tərəfinin materalı verilir, sonra qarşı tərəfin materalı və bu ardıcıllıqla davam edir. Beləcə film 4 hissəyə bölünür. Təbii ki, belə qurluşa malik filmdə keçidləri elə qurmalısan ki, tamaşaçı keçidi hiss etməsin. Tərəflərin həqiqətini məhz bu üsula əməl etməklə göstərmişik. Təbii ki, tərəflərin sterotipləri və yaxud təsdiqlənməyən narrativlərini filmə daxil etmədik. Ona görə də ümumiləşdirmə yalnız filmin baxılması üçün edilirdi. Münaqişə ilə bağlı hadisələrə Azərbaycan və Erməni tərəfinin mövqeyi nəzərə alınaraq bu film çəkilib.

Filmin çəkilməsini dediniz. 3 film üçün 8 il çox vaxt deyildimi? Nə üçün bu qədər vaxt sərf olundu bu filmə?

Onu deyim ki, komanda film ilə bağlı mövzuları və texniki tərəfləri razılaşdırdıqdan sonra ayrıca işləyirdi, hazır olunan material birgə müzakirə olunurdu, onu yığmaq üçün montaja verilirdi. Bundan sonra isə komanda yenidən toplanıb yığılmış variantı müzakirə edir onu artıq ssenariyə uyğunlaşdırmaq üçün təkliflər verilirdi. Filmin bu qədər vaxt aparması komandaların ayrı-ayrı işləməsi, hazır materialların montaj olunmasından sonra yenidən onun müzakirəsi idi. Bu tekniki tərəfdir. Amma, filmin hazırlanmasında resurs problemi, siyasi vəziyyət və komandanın stimulu da böyük rol oynayır. Bu filmin çəkildiyi müddətdə 2016-cı il Aprel hadisələri baş verdi, Azərbaycanda vətəndaş cəmiyyəti iflic həddinə gətirildi, münaqişə ilə məşğul olan insanlar həbs edildi. Ermənistanda hakimiyyət dəyişdi. Hər iki tərəfdə cəmiyyətlər daha da radikallaşdı. Bütün bu hadisələr bizə təsirsiz ötüşmədi.

Buna baxmayaraq sizə filmin çəkilişinə şərait yaradıldı?

Əsas odur ki, Siz hansı şəraiti nəzərdə tutursunuz?…

Təbii ki, hökumət tərəfindən?

Bilirsiniz, biz filmin ideyasının müzakirəsi zamanı Azərbaycan hökumətində beynəlxalq əlaqələr və Dağlıq Qarabağ məsələləri ilə məşğul olan məsul şəxslər ilə görüşmüşdük. Onlara film barəsində, onun hansı formada olacağı barədə məlumat vermişdik. Təbii ki, tam detallar yalnız proses zamanı hazırlanırdı. O zaman bizi dinlədilər və filmdə hər iki tərəfin mövqeyinin əks olunacağına əmin olandan sonra bildirdilər ki, ”sizin film çəkib-çəkməməyinizə biz heç nə deyə bilmərik, bu sizin işinizdir”. Vəssalam.

Təbii ki, texniki dəstəyi nəzərdə tutmuram. Amma, ən azı filmlə bağlı materialların təqdim olunması, müsahiblərin müəyyənləşdirilməsində hər hansı dəstək edilibmi?

Axı, mən qeyd etdim. Bu filmi beynəlxalq təşkilat çəkib. Onun bütün texniki dəstəyi həmin təşkilatın layihəsində idi. Filmin komandası isə digər məsələləri həll edirdi. Ssenarinin yazılması, müsahiblərin tapılması, hadisələr ilə bağlı detallar, çəkiliş və montaj, bütün bunların hamısı komandanın işi idi. Biz vaxtilə Qarabağda baş verən hadisələrin şahidi olmuş, hal-hazırda vəzifədə olan məmurlardan müsahibə ala bilmədik. Halbuki, filmdə onların iştirakı çox sanballı faktları ortaya qoyardı. Bizim ssenarimizdəki hadisələrin şahidi olan, keçmişdə vəzifədə olan insanlar belə bizə müsahibə vermək istəmədilər.

Mən filmə baxdım, bizim bəzi müsahiblər məni qane etmıdi. Orada olan hadisələr ilə bağlı kifayət qədər ağıllı və savadlı alimlərimizin mövqeyini vermək olmazdımı?

Film ssenaridə qeyd olunan və sizin də baxdığınız həmin hadisələrin şahidi olan insanların danışdıqları və onun fikri ətrafında diktorun mətni əsasında çəkilib. Ona görə də siz dediyiniz alimlər əgər o prosesdə iştirak etmyibsə onu necə çəkə bilərdik? Film şahidlərin üzərində qurulub. Təsəvvür edin ki, biz hər hansı bir siyasi prosesi göstərmək istəyiriksə onun şahidi olan insandan müsahibə ala bilmiriksə, yalnız bir cümlə ilə diktorun mətnini verməli olurduq. Misal üçün, o vaxt Ali Sovetin sədri olmuş Yaqub Məmmədov, Rəsul Quliyev,  Sumqayıtda işləmiş Əli Həsənov, Tamerlan Qarayev, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, Xocalının icra başçısı olan Elman Məmmədov və onlarla bizim arqumentlərimizi gücləndirən insanlar ilə müsahibə almaq istədik. Amma, bu filmin ermənilər ilə birgə çəkildiyini bilən hər kəs ondan imtina edirdi. Əgər daha diqqətlə baxsanız bizim filmimizdə Azərbaycanın keçmiş prezidenti, prezidentin məsləhətçiləri, keçmiş müdafiə nazirləri, millət vəkillərinin fikirlərini vermişik. Ona görə də razı deyiləm ki, bizim müsahiblər digər tərəfin müsahiblərindən zəif idilər.

Filmin o biri hissələri nə zaman yayılacaqdır?

Bu çox yaxın günlərdə baş verəcəkdir. İndi sizin baxdığınız hissə 3 saatlıq  filmdə gedən materiallardan toplanaraq yığılıb. Digər filmlərdə hadisələr daha geniş analiz olunub və müsahiblər daha çoxdur.

Bu filmə görə sizi tənqid edəcəklərini bilirsiniz. Xüsusən də millətçilər bu filmdən razı qalmayacaqlar. Siz bunu gözəımirdiniz?

Təbii ki, Dağlıq Qarabağ münaqişəsi haqqında hər hansı material hazırlamaq çox çətin və riskli işdir. Bu eyni zamanda şərəfli işdir. Çətinliyi biz proses zamanı gördük. Bizim Qarabağ haqqında arqumentlərimiz ilə yanaşı erməni tərəfinin də arqumenti var. Eyni zamanda münaqişəni hətta bizlərdən də yaxşı bilən əcnəbi ekspertlərin də öz arqumenti var. Məhz bu ücbucağın müzakirəsində dəqiqliyi üçün ciddi sübut olmayan və yaxud geniş yayılmayan hadisələri razılaşdırmaq çox çətindir.

Ona görə risklidir ki, bu münaqişə haqqında beynəlxalq auditoriya üçün nəyi deməyindən asılı olmayaraq hər zaman millətçi qüvvələr səni tənqid edəcəklər. Qaçqınlar və məcburi köçkünlər səni “torpaqlar azad olunmayana qədər ermənilər ilə hər hansı bir müzakirənin mənasız olduğuna” inandıracaqlar. Hökumət isə hər zaman sənin dövlətin maraqlarından kənara çıxa biləcəyini ehtimal edib inamsızlıq nümayiş etdirəcək. Ona görə də tənqidlərin masştabın bilirik.

Eyni zamanda bu bir şərəfli işdir. Çünki, sən beynəlxalq auditoriyalarda nümayiş olunacaq DQ münaqişəsinin ensklopedik filmini çəkmisən. Orada ola bilsin ki, hansısa fikirlər lazımi qaydada əks olunmayıb və yaxud zəif izah olunub. Bu təbii ki, yaradıcı kolektivin məsuliyyəti və bacardığı qədərdir.

Part of circle TbilisiYaradıcı kollektiv demişkən, filmin sonunda çox az adamın və yaxud cəmiyyətin az tanıdığı adamların adını gördük? Daha çox bu işi bacaran insanları cəlb etmək olmazdımı bu işə?

Dağlıq Qarabağ haqqında sanballı əsərləri olan çoxlu müəlliflər tanıyıram ki, onları insanlar bəyənirlər. Həmin müəlliflər erməni müəllf ilə birgə material hazırlamaqdan çəkinirlər. Bu filmin üzərində işləyən kolektiv ölkə hüdudlarından yuxarıda iş görmək təcrübəsi olan insanlardır. Bu filmin bütün faktlarının təqdimatı və müzakirəsində əsasən tanınmış jurnalist Şahin Rzayevin xidmətini qeyd edirəm. Təvəzüakarlıqdan uzaq deməliyəm ki, məhz Şahin bəyin və mənim münaqişə ilə bağlı bilgimizin əsasında bizim tərəfin mövqeyi əks etdirilib bu filmdə.  Ola bilsin ki, kimsə hesab edir ki, bizim kifayət qədər təcrübəmiz yoxdur?! Amma, nəzərə almaq lazımdır məhz bizim ikimiz də 1994-cü ildən bu yana proselərin içərisindəyik, münaqişə ilə bağlı onlarla beynəlxalq konfranslarda qarşı tərəfə opponentlik edirik. Prosesləri də az bilmirik.

Ardı var….

This entry was posted in News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s