Məcburi köçkünlər haqqında film Londonda təqdim olundu

P_20200227_180935Fevralın 27-də SOAS London Universitetində Baku Film School Production və Humanitar Tədqiqatlar İctimai Birliyinin birgə istehsal etdiyi “Çadır şəhərciyindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı oldu. https://www.soas.ac.uk/cccac/events/seminars/27feb2020-film-screening-from-tent-encampments-to-new-settlements.html Filmi iştirakçılara təqdim edən BFS Production direktoru Əvəz Həsənov qeyd etmişdir ki, “bu film qaçqın və məcburi köçkünlərin həyat şəraitini göstərmək ilə yanaşı dövlətin onların mənzil probleminin həll olunmasına dair gördüyü işlər haqqındadır ki, 5 ay müddətində ərsəyə gəlmişdir.

Ə.Həsənov tədbir iştirakçılarına məcburi köçkünlərin Azərbaycanın bütün rayonlarında məskunlaşdığı barədə məlumat vermiş, münaqişənin ilk illərində məcburi köçkünlərin yerləşdirilməsi və ərzaqla təmin olunmasında ölkənin qarşılaşdığı problemlərdən danışmışdır. Azərbaycanda məcburi köçkünlərin çadır şəhərciklərində daha ağır şəraitdə yaşadıqlarnı və 2007-ci ildən sonra ölkə rəhbərliyinin səylərindən sonra çadır şəhərciklərinin ləğv olunması və insanların daha yeni binalara köçürülməsi barədə məlumat vermişdir.

Onun sözlərinə görə “Vaxtilə çadır şəhərcikləri, ictimai binalar, tanışlarının evlərində məskunlaşmış məcburi köşkünlər indi dövlət tərəfindən tikilən yeni qəsəbələrə köçürülür. İndiyə kimi 450 min nəfər yeni ev ilə təmin olunmuşdur. Hökumətin verdiyi məlumata görə 2025-ci ilə qədər daha 250 min adam yeni evlər ilə təmin olunacaqdır. Hökumət onlar üçün yeni qəsəbələrdə daha müasir evləri tikir, mənzillər zəruri avadanlıqlar ilə təmin edilir.

Bununla yanaşı məcburi köçkünlər üçün iş yerlərinin açılmasının ölkə üçün problem olduğunu, onların yeni qəsəbələrə köçürülməsindən sonra sosiallaşması yolunda yarana biləcək problemlərdən danışmışdır. Xüsusən məcburi köçkünlərin münaqişənin qurbanı kimi münaqişə tərəfi ilə münasibətlərin qurulmasında daha çox tövhə verə biləcəyini vurşulamışdır.

Tədbirdə moderatorluq edən SOAS Universitetinin professoru Scott Newton qeyd etmişdir ki, artıq ikinci dəfədir ki, bu universitetdə müəllifin sənədli filmləri təqdim olunur və universitetin tələbələri və ekpertlər üçün bu Qafqazda baş verənləri dərindən öyrənməq üçün çox maraqlı mənbədir.

Filmin təqdimatında Azərbaycan və Ermənistan cəmiyyətinin nümayəndələri, müəllimlər, münqişələrin həlli ilə məşğul olan ekspertlər və diplomatik nümayəndəliklər qatılmışdılar. Filmin təqdimatında sonra Ə.Həsənov iştirakçıların Azərbaycanda məcburi köçkünlər və onların inteqrasiyası, qeydiyyatı və sosial vəziyyəti ilə bağlı suallarına cavab vermişdir.

Filmi burada izləmıək mümkündür. https://www.youtube.com/watch?v=nifp26hhKWs&t=2133s

This entry was posted in News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s