Region gəncləri ilə 2 günlük konfrans

21-22 Fevral tedbirinden shekiller (2)Müxtəlif bölgələrdən olan gənclərin dəvət olunması ilə 21-22 Fevral tarixlərində Bakı şəhərində konfrans keçirdik. Əsasən sərhəd bölgələri və cəbhə xəttinə yaxın ərazilərdən olan rayonlardan dəvət olunan gəncləri Bakıya dəvət etməklə onları münaqişələrin həlli ilə məşğul olan ekspertlər, gender məsələləri və icma inkişafı kimi prosesləri araşdıran mütəxəssislər ilə tanış etməyi qarşımıza məqsəd qoymuşduq.

Tədbirdə ABŞ səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Riçard Pinkham gənclərə ABŞ hökumətinin Azərbaycan ilə mədəni və icma inkişafı sahəsində əməkdaşlığı barədə məlumat verdi.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Bərdə, Qazax Tovuz və Agstafa rayonlarında gənclərin gender bərabərliyi, icma münasibətlərinin inkişafı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılması istiqamətində görülən işlərdən danışdı.

Bərdə rayonundan olan ictimai fəal Ülviyyə Babasoy, Qazax rayonundan ictimai fəal Rafiq Muradov yaşadıqları bölgədə icma quruculuğu və həmin icmaların yerli sosial problemlərin həll olunması istiaqamətində təşəbbüsləri barədə məlumat verdilər.

Qazax Regional İnkişaf Resursları İctimai Birliyinin sədri Məhərrəm Göyüşoğlu və müstəqil ekspert Xalisa Şahverdi regionlarda icma quruculuğu ilə bağlı ehtiyaclar və gənclərin bu prosesdə rolu barədə məlumat verdilər və auditoriya ilə fikir mübadiləsi apardılar.

Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev regionlarda münaqişə ilə bağlı insanların məlumatlılıq səviyyəsi və xüsusən onların həyatlarına təsiri ilə bağlı fikirləri və təkliflərini tədbir iştirakçılarının diqqətinə çatdırdı və onların suallarına cavab verdi.

Müstəqil ekspert Rəşad Şirin və Jurnalist Seymir Kazımov auditoriya ilə sosial şəbəkələrin insanlar tərəfindən informasiya əldə olunması, informasiyanın əlçatanlığı üçün ondan istifadənin vəziyyəti barədə danışdılar. Cəmiyyətdə qadınlara qarşı münasibətin sosial şəbəkələr vasitəsilə daha çox yayılmasından sonra ona diqqətin artması ilə bağlı iştirakçıların arqumentləri ətrafında polemika apardılar.

Tədbir iştirakçıları politoloq Elxan Şahinoğlunun təqdimatında Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi və real vəziyyət ilə bağlı məruzəsinə qulaq asdılar. Xüsusən münaqişənin həll olunması üçün region dövlətlərinin malik olduqları güc və istək ətrafında auditoriya ilə müzakirə aparıldı.

21-22 Fevral tedbirinden shekiller (1)21-22 Fevral tedbirinden shekiller (2)21-22 Fevral tedbirinden shekiller (3)21-22 Fevral tedbirinden shekiller (4)21-22 Fevral tedbirinden shekiller (5)21-22 Fevral tedbirinden shekiller (6)21-22 Fevral tedbirinden shekiller (7)21-22 Fevral tedbirinden shekiller (8)21-22 Fevral tedbirinden shekiller (9)21-22 Fevral tedbirinden shekiller (10)21-22 Fevral tedbirinden shekiller (11)21-22 Fevral tedbirinden shekiller (12)21-22 Fevral tedbirinden shekiller (13)21-22 Fevral tedbirinden shekiller (14)21-22 Fevral tedbirinden shekiller (15)21-22 Fevral tedbirinden shekiller (16)21-22 Fevral tedbirinden shekiller (17)21-22 Fevral tedbirinden shekiller (18)21-22 Fevral tedbirinden shekiller (19)21-22 Fevral tedbirinden shekiller (20)21-22 Fevral tedbirinden shekiller (21)21-22 Fevral tedbirinden shekiller (22)21-22 Fevral tedbirinden shekiller (23)21-22 Fevral tedbirinden shekiller (24)21-22 Fevral tedbirinden shekiller (25)21-22 Fevral tedbirinden shekiller (26)21-22 Fevral tedbirinden shekiller (27)21-22 Fevral tedbirinden shekiller (28)21-22 Fevral tedbirinden shekiller (29)21-22 Fevral tedbirinden shekiller (30)21-22 Fevral tedbirinden shekiller (31)21-22 Fevral tedbirinden shekiller (32)

This entry was posted in News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s