“Çadır şəhərciklərindən yeni qəsəbələrə” sənədli filmi təqdim edildi

IMG_7817Noyabrın 29-da Baku Film School Prodakşn və Humaintar Tədqiqatlar İctimai Birliyinin birgə istehsal etdiyi “Çadır şəhərciklərindən yeni qəsəbələrə” adlı sənədli filmin təqdimatı olmuşdur. 2019-cu ilin Avqust ayından çəkilişlərinə başlanan film 1988-ci ildən Dağlıq Qarabağ münaqişəsinin başlanması, rayonların işğalı, məcburi köçkünlərin yerləşdirilməsi, onların çadırlarda çətin həyatı və yeni qəsəbələrə köçürülməsi ilə bağlı prosesləri əhatə edir.

Filmin hazırlanmasında Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyi, Gəncə, Kəlbəcər, Zəngilan, Ağdam, Bərdə rayonu ictimaiyyətinin böyük rolu olmuşdur.

Filmin ssenari müəllifi və rejissoru, Baku Film School Production direktoru Əvəz Həsənovun sözlərinə görə, bu kimi filmlərin çəkilməsi üçün geniş auditoriya olmasına baxmayaraq, təəssüf ki, beynəlxalq auditoriyaya Azərbayacanda çətinliklər içində yaşayan məcburi köçkün obrazını tanıtmayıblar. Eyni zamanda beynəlxalq ictimaiyyət lazımi səviyyədə məlumatlı deyil ki, Azərbaycan kimi kiçik bir dövlət 1 milyona yaxın məcburi köçkün problemini necə həll edə bilib?

Yazıçı-publisist Kərim Kərimli çıxış edərək bildirdi ki, bu film məcburi köçkünlərin ağır həyat şəraitini göstərmək üçün yaxşı düşünülmüşdür. Məcburi köçkünlərin çadır və yataqxana həyatı barədə Azərbaycanda və onun hüdudlarından kənarda məlumatın olmamasına görə yeni nəsil 25 ildir ki, insanların ağır həyat şərtlərindən xəbərsizdir.

“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov bildirdi ki, ölkəmizdə məcburi köçkünlərin problemlərinin həll olunmasında dövlətin üzərinə düşən yük ilə yanaşı beynəlxalq təşkilatların da rolu böyük olmuşdur. Azərbaycanda bu mövzuların geniş ictimaiyyətə çatdırılması üçün hazırlanmış bu film diqqətəlayiq təşəbbüsdür.

Filmdə zəngin arxiv materiallarından istifadə olunmaqla rayonların işğalı və məcburi köçkünlərin ölkə ərazisində, xüsusən çadır şəhərciklərində, vaqonlarda yerləşdirilməsi müsahiblərin və ekspertlərin dili ilə çatdırılmışdır. Burada yeni salınmış qəsəbələr və onların şəraiti, insanların həmin qəsəbələrə köçürülməsi ilə bağlı proseslər və çətinliklərin izahı verilmişdir.

Azərbaycan dilində, inglis subtitrləri ilə hazırlanan film Humaintar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikası yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində hazırlanmışdır.

Filmi Baku Film School Production youtube ünvanından və yaxud “Bakufilmschool”  facebook ünvanı üzərindən izləmək mümkündür.

IMG_7808IMG_7811IMG_7814IMG_7815IMG_7816IMG_7817IMG_7818IMG_7819IMG_7821IMG_7822IMG_7823IMG_20191129_110908IMG_20191129_111045IMG_20191129_111935IMG_20191129_112623IMG_20191129_112703IMG_20191129_112721IMG_20191129_113249IMG_20191129_113420IMG_20191129_113707IMG_20191129_120040IMG_20191129_120049IMG_20191129_122612IMG_20191129_122613IMG_20191129_122718IMG_20191129_122819IMG_20191129_122839IMG_20191129_122914IMG_20191129_122956

This entry was posted in News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s