Azərbaycan Avropa Birliyi ilə niyə Assosiativ saziş imzalamır?

zzz995Əvəz Həsənov: “Assosiativ sazişi imzalasaydıq, Rusiya bizə heç vaxt öz orbitindən asanlıqla çıxmağa imkan verməzdi”. “Hökumətin hərtərəfli sazişə getmək strategiyasının arxasında bölgənin güc mərkəzlərinin fikirlərini nəzərə alması durur”

2017-ci ilin fevral ayından Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar gedir ki, artır sazişin 90 faizindən çoxu ilə bağlı razılığa gəldiyi bildirilir. Görünür, razılaşdırılmayan məsələlərin müzakirəsi vaxt tələb edir. O baxımdan, may ayında sazişin bağlanmaması ehtimalı var. Çünki danışıqları davam etdirmək üçün Azərbaycana daha bir nümayəndə heyətinin səfər edəcəyi gözlənilir.

Mayın 13-14-də isə Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində 10 illik əməkdaşlığın nəticələri və gələcəyi müzakirə ediləcək. Bu sammitdə də Avropa İttifaqı və Azərbaycan arasında yüksək səviyyəli danışıqların baş tutması nəzərdə tutulur.

Nəzərə çatdıraq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkədən Ukrayna, Gürcüstan, Moldava Avropa İttifaqı ilə Assosiativ saziş, Ermənistan isə hərtərəfli saziş imzalayıb, Azərbaycan da hərtərəfli saziş imzlamağa hazırlaşır.

Əslində, bu sazişlərin mahiyyəti ictimaiyyətə açıqlanmalıdır. Maraqlıdır ki, Assosiativ saziş ilə hərtərəfli sazişin fərqi nədir və niyə Azərbaycan Avropa Birliyi ilə Assosiativ saziş imzalamır?

“Hürriyyət”in bu və digər suallarını Avropa İttifaqının “Şərq Tərədaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov cavablandırdı:

– Assosiativ razılaşma Avropa İttifaqının “Şərq Tərəfdaşlıq” proqramı ilə tam hüquqlu əməkdaşlığı nəzərdə tutur. Onun əsas şərtlərindən biri ondan ibarətdir ki, ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, ölkə ilə iqtisadi əməkdaşlıq xaricində müqavilələr imzalanmalıdır, ölkənin gömrük, sərhəd idarə olunma isistemi, böyük korporasiyaların ölkəyə gəlişi və ölkədə iş qurması şəffaf olmalıdır, hamısı Avropa İttifaqının tələblərinə uyğun təşkil olunmalıdır. Təbii ki, “Şərq Tərəfdaşlığı” proqramı yaranan vaxtdan 6 ölkəyə eyni cür yanaşılırdı və heç bir ayrı-seçkilik yox idi. Onlar fikirlərşirdilər ki, həm Avropa Birliyinin iqtisadiyatı, həm də həmin ölkələrin iqtisadiyyatı üçün bu Assosiativ razılaşma imzlandıqdan sonra çoxlu sərfəli iqtisadi təkliflər ola biləcək. Xüsusən həmin “Şərq Tərəfdaşlığı” ölkələrinin məhsullarının Avropa bazarlarına çıxışı istiqamətində çox ciddi addımlar atılmalıydı. Bu prosesin özü gecikib. Baxmayaraq ki, bu gün Ukrayna, Gürcüstan, Moldova “Şərq Tərəfdaşlığı” proqramı ilə Assosiativ razılaşmanı imzalayıblar, ancaq onların özündə belə, o proses çox uzun gedir. Demək olmaz ki, bu gün Assosiativ razılaşmanı imzalayan ölkə ilə hərtərəfli əməkdaşlıq razılaşmasını imzalayan ölkə arasında ciddi bir fərq var. Elə bir ciddi fərq yoxdur. Çünki prosesin özü çox ləng gedir. Yəni “Şərq Tərəfdaşlığı” proqramının özünə inamın azalması ölkədə ciddi problemə çevrilir. Məsələn, Ermənistanla hərtərəfli əməkdaşlıq haqqında razılaşma imzalanıb. Azərbaycan bunu bir az fərqli görmək istəyir. Azərbaycan strateji əməkdaşlıq haqqında razılıq imzalamaq istəyir. Təxminən Avropa ittifaqının Rusiya ilə imzaladığı razılaşmaya yaxın bir razılaşma nəzərdə tutulur. Çünki Azərbaycan yeganə “Şərq Tərəfdaşlığı” proqramı ölkəsidir ki, Avropa Birliyi ilə razılaşma imzalamaqla yanaşı, eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı Avropa İttifaqı ilə ayrıca sənəd imzalayıb. Yəni Avropanın enerji təhlükəsiziliyi prosesində Azərbaycanın üstün rolunu və eyni zamanda öhdəliklərini göstərir. Ona görə bizim sənədimiz Ermənistanın sənədindən fərqli olacaq.

– Ermənistanın sənədində əsas nəyə önəm verilir?

– Ermənistanın sənədində əsas önəm verilən istiqamətlər islahatların aparılması, yaxşı idarəetmə, insan hüquqları sahəsində islahatların aparılması əsas elementlərdən biridir. Baxmayaraq ki, hər iki dövlət “Şərq Tərəfdaşlığı” proqramı readmissiya sazişini bağlayıb, amma Ermənistanın readmissiya sazişinin icrası da tam anlaşılan deyil. Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla imzalanan müqavilədə xüsusi bənd göstərilmişdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan Respublikasının səylərinin artırılması, ATƏT-in Minsk Qrpunun bu səylərin artırılmasında iştirakı, yəni tam müəyyən olunmayan bir maddə göstərilmişdi. Ola bilsin ki, bizim sənəddə də Azərbaycanın ərazi bütövlüyünün qorunması və millətlərin müqəddaratı məsələləri, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərinin dəstəklənməsi kimi oxşar bir bənd olsun. Bizdə əsas üstünlük məhz eneji təhlükəsizliyi və Azərbaycanın tranzit roluna önəm verilməsindən gedir. Baxmayaraq ki, biz readmissiya sazişini imzalamışıq, ancaq Azərbaycanın hələ bu readmissiya sazişinin icrasında da müəyyən irəliləyişləri o qədər deyil. Çünki Azərbaycandan kənarda mühacirətdə olan çoxlu insanlar və yaxud Azərbaycandan tranzit bölgə kimi istifadə gedən əcnəbilər var, onların da taleyi, ölkəyə qaytarılması ilə bağlı qaydalar tam müəyyən olunmayıb. Məsələn, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılması məsələsi də tam həll olunmayıb. Avropa Birliyi təxminən 5 min adda məhsulun Avropa bazarına çıxarılması ilə bağlı ölkələrlə razılaşmaya gələ bilər. Bunlar hamısı hələ tam aydın deyil.

– Sizin fikirlərinizdən belə aydın olur ki, bu saziş çərçivəsində Azərbaycan ancaq enerji təhlükəsizliyinə diqqət yetirir. Bəs, insan hüquq və azadlıqları, siyasi məhbuslar məsələsi sazişdə əhatə olunmur?

– Onların hamısı var, mən demədim ki, onlar yoxdur. Sadəcə, qırmızı xətt bizim razılaşmamızda enerji təhlükəsiziliyidir. Ancaq Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramının 4 əsas prinsipi var, onların heç birini kənara atmayıb. Yəni birinci əsas bənd insan hüquqları, demokratiya və yaxşı idarəetmə ilə bağlı bənddir. Mən də Avropa Birliyinin əməkdaşları ilə görüşlərimdə onlar etiraf edirlər ki, heç kim o bəndi razılaşmadan çıxarda bilməz. Ümumiyyətlə, bu barədə söhbət gedə bilməz. Ancaq dediyim kimi, əsas qırmızı xətt enerji təhlükəsizliyidir. Yəni bu, həm Azərbaycan, həm də Avropa Birliyi üçün önəmlidir. Ona görə, bəzən Avropa Birliyini ittiham edirlər ki, Azərbaycanla bağlı müqavilənin imzalanmasında insan hüquqları və demokratiya sahəsində islahatları enerji təhlükəsizliyinə qurban veriblər. Ancaq bu, belə deyil. Çünki Avropa Birliyi çoxplanlı şəkildə bu prosesi idarə edir və sənəd üzə çıxanda görəcəyik ki, heç də Ermənistandakı ümumi sənəddən, xüsusən onun birinci hissəsindən çox da fərqlənə bilməz. Bizim sənddə də demokratiya, insan hüquq və azadlıqları ilə bağlı müddəalar var.

– Maraqlıdır ki, Gürcüstan, Moldava, Ukrayna Assosiativ sazişi imzalayırsa, Azərbaycan niyə imzalamır? Bunu Azərbaycan, yoxsa Avropa İttifaqı istəmir?

– Düzü, Assosiativ saziş çox riskli idi. Bu gün Gürcüstanın, Ukraynanın taleyi və yaxud Moldavadakı proseslər onu göstərir ki, Assosiativ sazişi imzalamaqla ölkənin birbaşa Rusiyanın zərbəsi altına qoydular. Mən “Şərq Tərəfdaşlığı” proqramına qoşulanda fikirləşmirdim ki, Azərbaycan Assosiativ razılaşmanı imzalayacaq. Çünki bu, ölkənin hələ tam maraqlarına uyğun deyil. Ona görə ki, bizim həll olunmamış konfliktimiz var. Eyni zamanda Azərbaycanın hələ bəlli olmayan siyasi yönümü var. Bunlar hamısı çox çətin idi. Tutaq ki, biz 3-4 il bundan əvvəl Assosiativ sazişi imzalasaydıq, Rusiya bizə heç vaxt öz orbitindən asanlıqla çıxmağa imkan verməzdi. Ona görə, bu proseslər gecikdi. Gördüyünz kimi, Ermənistanda da Assosiativ razılaşma imzalamaq haqqında Sərksiyan hökuməti o vaxtı razılaşmışdı, ancaq bir gecənin içində Rusiya bunun qarşısını aldı. Bizdə də eyni proseslər ola bilərdi. Yəni hökumətin hərtərəfli sazişə getmək strategiyasının arxasında müəyyən qədər bu bölgənin güc mərkəzlərinin fikirlərini nəzərə alması durur. İndi Assosiativ sazişin tam olaraq konturları işləmədiyi üçün də ciddi bir proses görsənmir. Məsələn, Belarusiya heç bir sazişi imzalamağa tələsmir. Ancaq Avropa Birliyi Belarusiya ilə əməkdaşlığı dayandırmır, əksinə bu saat Belarusiyaya çox ciddi dəstək göstərirlər. Halbuki, Belarusiya nə Asosiattiv sazişi, nə də hərtərəfli razılaşmanı imzalayır. Orada heç bir proses getmir. Ancaq orada yenə də Avropa Birliyi öz maraqları daxilində Belarusiyanı tələsdirmir. Bizdə də tələsməməyin məntiqi əsası bu idi. Bu, bizə Rusiya ilə gərginlik yaratmaqda qorxulu idi. Biz qorxurduq ki, gərginlik yaranacaq. Təbii ki, belə də ola bilərdi.

– Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dünənki açıqlamasında deyib ki, sazişin imzalanması ilə münasibətlər növbəti mərhələyə keçəcək. Növbəti mərhələyə keçəcək deyəndə S. Səmədov gələcəkdə Assosiativ sazişin imzalanacağını nəzərdə tutur?

(Ardı var)

http://hurriyyet.org/xeber/azerbaycan_avropa_birliyi_ile_niye_assosiativ_sazis_imzalamir)

“Azərbaycan özünün yaxşı idarəetmə sistemini Avropa İttifaqı üçün açıq elan edəcək” – ƏVƏZ HƏSƏNOV

Əvəz Həsənov: “Avropa İttifaqı Azərbaycanı, Ermənistanı, Belarusiyanı təhrik etməyəcək ki, Assosiativ sazişi imzalayın”

2017-ci ilin fevral ayından Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar gedir ki, artır sazişin 90 faizindən çoxu ilə bağlı razılığa gəldiyi bildirilir. Görünür, razılaşdırılmayan məsələlərin müzakirəsi vaxt tələb edir. O baxımdan, may ayında sazişin bağlanmaması ehtimalı var. Çünki danışıqları davam etdirmək üçün Azərbaycana daha bir nümayəndə heyətinin səfər edəcəyi gözlənilir.

Mayın 13-14-də isə Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində 10 illik əməkdaşlığın nəticələri və gələcəyi müzakirə ediləcək. Bu sammitdə də Avropa İttifaqı və Azərbaycan arasında yüksək səviyyəli danışıqların baş tutması nəzərdə tutulur.

Nəzərə çatdıraq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkədən Ukrayna, Gürcüstan, Moldava Avropa İttifaqı ilə Assosiativ saziş, Ermənistan isə hərtərəfli saziş imzalayıb, Azərbaycan da hərtərəfli saziş imzlamağa hazırlaşır.

Əslində, bu sazişlərin mahiyyəti ictimaiyyətə açıqlanmalıdır. Maraqlıdır ki, Assosiativ saziş ilə hərtərəfli sazişin fərqi nədir və niyə Azərbaycan Avropa Birliyi ilə Assosiativ saziş imzalamır?

“Hürriyyət”in bu və digər suallarını Avropa İttifaqının “Şərq Tərədaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov cavablandırdı:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/azerbaycan_avropa_birliyi_ile_niye_assosiativ_sazis_imzalamir)

– Sizin fikirlərinizdən belə aydın olur ki, Rusiyanın təzyiqinə görə Azərbaycan uzun illər sonra da Avropa İttifaqı ilə Assosiativ sazişi imzalaya bilməyəcək.

– Assosiativ sazişi nə Ermənistan, nə də Belarusiya imzalaya biləcək. Biləsiniz ki, biz tək deyilik. Ukrayna və Gürcüstan de-yure Rusiyanın orbitindən çıxdı, ancaq faktiki bəlli deyil, necədir. Onlar imzaladılar, bitdi. Avropa İttifaqı bundan sonra Azərbaycanı, Ermənistanı, Belarusiyanı təhrik etməyəcək ki, Assosiativ sazişi imzalayın. Məncə, hələ bir müddət strateji əməkdaşlıq müqaviləsi ilə onlar öz əməkdaşlıqlarını quracaqlar, yəni bununla keçinəcəklər.

– Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iki gün öncə açıqlamasında deyib ki, sazişin imzalanması ilə münasibətlər növbəti mərhələyə keçəcək. Növbəti mərhələyə keçəcək deyəndə S. Səmədov gələcəkdə Assosiativ sazişin imzalanacağını nəzərdə tutur?

– İnanmıram, Assosiativ razılaşmanın imzalanması hələ gündəlikdə durmur. Ancaq növbəti mərhələdə söhbət dərin əməkdaşlıqdan gedəcək. Mənə elə gəlir ki, o, bunu nəzərdə tutur. Çünki bu, hərtərəfli deyil, Azərbaycanın qeyd etdiyi kimi strateji əməkdaşlıq müqaviləsidir. Hər halda Azərbaycan belə adlandırır. Bu əməkdaşlıq müqaviləsinin imzalanması Azərbaycanda islahatlarına aparılmasına təkan verəcək, islahatlar qaçılmazdır. Söhbət ondan getmir ki, hökumət və yaxud cəmiyyət bunu istəyir. Xeyr, bu islahatlar qaçılmaz olacaq. Çünki faktiki olaraq Azərbaycan özünün yaxşı idarəetmə sistemini Avropa İttifaqı üçün açıq elan edəcək. Bundan sonra, islahatların və proseslərin geriyə dönüşü yoxdur, yalnız irəliyə gedəcək. Yalnız inkişaf, yaxud müəyyən dimanikanın gətirilməsi üçün bu islahatlar gedəcək, yoxsa geriyə dönüş olmayacaq. O baxımdan, mənə elə gəlir ki, yeni mərhələdən söhbət gedir.

Eyni zamanda Azərbaycan vətəndaşları üçün gediş-gəlişin sadələşdirilməsi böyük rol oynaya bilər. Məsələn, Azərbaycan məhsullarının Avropa bazarına çıxışı ilə də bağlı müəyyən bir razılaşma ola bilər. Ondan başqa, Azərbaycanda monopoliyanın aradan qaldırılmasında bu sazişin böyük rolu olacaq. Təbii ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Yəni biz öz daxili bazarımızı hələ qoruya bilirik. Ancaq monopoliyanın aradan qaldırılmasında bu saziş müəyyən qədər təkan olacaq.

– Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev isə deyib ki, 400 səhifədən artıq nəzərdə tutulan sənəddə əks olunan müddəalar həm Azərbaycan, həm də Avropa İttifaqı ölkələrinin siyasi, iqtisadi, ticari, humanitar əlaqələrini tənzimlədiyini deyir. Amma konkret heç nə açıqlanmır. İmzalanması nəzərdə tutulan müqavilədə əks olunan müddəalar ictimaiyyətə açıqlanmalı deyilmi?

– Cavanşir müəllim Avropa “Şərq Tərəfdaşlığı” proqramının 4 prinsipi əsasında razılaşmanın əldə oluncağından danışır. Mənə görə sənəd elə 4 bölmədən ibarət olacaq. Təbii ki, sənəd açıqlanmalıdır və sənəd barəsində ictimaiyyətin məlumatı olmalıdır. Bu, qaydalardan biridir. Ancaq nəzərə alsaq ki, Gürcüstan və Ukrayna ilə Assosiativ razılaşma imzalananda, hətta Ermənistanla əməkdaşlıq müqaviləsi imzalananda da belə ictimaiyyət nümayəndələri bu məlumatları sonda, imzalanmaya bir neçə gün, yaxud 1-2 həftə qalmış əldə etdi. Ona görə, bu sənədlə bağlı təxəyyülün məhsullarını xüsusən düşüncə mərkəzləri, ekspertlər, jurnalistlər cəmiyyətə ötürməliydi. Yəni bizdə razılaşma sənədini araşdıra, onu təhlil edə biləcək ən azı jurnalist yazısı yoxdur və yaxud araşdırma mərkəzlərinin təhlil yazısı yoxdur. Biz hamımız, bu işlə məşğul olan adamlar nəzəri olaraq bilirik ki, hansı bəndlər var və hansı bəndlər ətrafında razılaşma gedə bilər. Eyni zamanda Ermənistanın da Avropa İttifaqı ilə müqaviləsi var və Ermənistan ictimaiyyətinin müqavilənin təhlili sənədləri var. Ancaq bizim cəmiyyət çox tənbəldir, elə gözləyir ki, hökumət açıq elan etsin və sonra da cəmiyyət onu müzakirə etsin. Mən özümü də müəyyən qədər günahkar sayıram. Mənim o sənədlərin mövcudluğu barəsində təsəvvürüm ola-ola indiyə kimi belə bir təhlil, araşdırma sənədi yazmamışam, ancaq yazı yazmışam, müsahibələr vermişəm. Siyasi partiyaların, vətəndaş cəmiyyətinin böyük günahı odur ki, indiyə kimi biz millətin başının altına yastıq qoyuruq. Əslində, milləti biz məlumatlandırmalıydıq, biz deməliydik ki, bu bəndlər var, onların heç birini etməmişik. Ancaq bizdən fərqli olaraq Ermənistanda, Ukraynada, Gürcüstanda, Moldovada hələ sənədin adı çıxmamış artıq vətəndaş cəmiyyətinin nümayəndələri təhlil yazıları verirdilər, camaat ondan bilirdi ki, bu bəndlər əsasında razılaşmalar gedəcək. Biz isə ancaq hökumətdən açıqlama gözləyirik. Hökumət açıqlamanı sonda verir. Başqa ölkələrin də təcrübəsi göstərdi ki, hökumət faktiki olaraq bu sənədlərlə bağlı tam açıq mövqe və yaxud tam mətni 1-2 həftə qalmış verir. Ona görə günah bizimdir.

– Bildiyimiz kimi, ilin əvvəlində Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib. Layihə çərçivəsində üçüncü ən böyük vəsait Azərbaycana ayrılıb, yəni 2 milyard 78 milyon avro nəzərdə tutulub. Bu vəsait hərtərfli saziş imzalanandan sonra Azərbaycana yatırılıcaq, yoxsa necə? Bununla bağlı heç bir informasiya yoxdur.

– Məncə, o 10 il ərzində olacaq. Təbii ki, bu vəsaitin sazişə aidiyyatı var. Saziş o vəsaiti institutlaşdıracaq. Yəni sazişlə artıq Avropa Birliyi bu ayrılan vəsaitə nəzarəti gücləndirəcək. O yardım infrastruktur layihələrinə ayrılır. Sazişin olmağı burada tam önəmli də deyil, saziş sadəcə o nəzarəti institutlaşdırır. Məsələn, Avropa Birliyi digər ölkələrə məhkəmə sisteminin islahatları ilə bağlı pul ayrır və o pulu Avropa Birliyi büdcəyə keçirir, büdcəyə nəzarət də Avropa İttifaqı vasitəsilə olur. Mən bildiyim qədər müqavilə imzalamış dövlətlər hələ o pulu qəbul etməyiblər. Çünki büdcəyə nəzarəti Avropa İttifaqına vermək üçün mexanizmlər bəlli deyil. Tutaq ki, Avropa o pulu keçirdi və pula nəzarəti necə edəcəklər? Bu sistem hələ tam işlənmədiyi üçün mən inanmıram ki, belə tezliklə pulların xərclənmə prosesi getsin. Azərbaycana ayrılan 2 milyarddan çox vəsait 10 il çəkəcək və konkret marşurutlar üzərə infrastrukturun qurulmasına sərf oluncaq vəsaitdir

– Əvəz bəy, dünya ölkələrinin əksəriyyəti, o cümlədən də post-sovet ölkələri Ümumdünya Ticarət Təşkilatına üzv olsalar da, Azərbaycanın bu saziş çərçivəsində belə bu təşkilata üz olunması müzakirə belə olunmur. Bu, nə ilə əlaqədardır? Azərbaycan hökuməti niyə bu təşkilata üzv olmaq istəmir?

– Azərbyacan Ümumdünya Ticarət Təşkilatına üzv olacaqsa, ilk növbədə, monopoliyaya son qoyulacaq və Azərbaycanın gömrük, sərhəd sistemi, Azərbaycanda malların qeydiyyatı sistemi çox şəffaf olacaq. Yəni bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, biz çox asanlıqla dünya ticarət sisteminə inteqrasiya oluruq. Mənfi tərəfi də ondan ibarətdir ki, Azərbyacanın daxili bazarı çökə bilər. Yəni qloballaşma heç də kiçik dövlətlərə xeyir vermir. Vaxtilə Azərbaycanda kiçik bizneslə məşğul olan adamlar Avropaya gedib müəyyən təcrübəni görüb gəlib, onu burada danışırlar. Mən bir dəfə müsahibələrimin birində demişdim ki, əgər siz doğurdan da Avropadakı biznes strukturlarının inkişaf dinamikasına baxsanız, Aropada ərzaq ticarəti yalnız bir neçə brendlərin əlindədir. Azərbaycanda indi biz o prosesləri görürük. Məsələn, ərzaq satışı ilə məşğul olan şirkətlər artıq birləşirlər. Onda bizdə kiçik bizneslə məşğul olan marketlər neynəycəklər? Yəni onlar məcbur olacaqlar ya birləşsinlər, ya bağlansınlar, ya da onların flialı olsunlar. Bunun üçün də məhsul saxlanılması və keyfiyyətli məhsul vacibdir, onu edə biləcəklərmi? Onlar hamısı məhv olub, gedəcəklər. Mən elementar ərzaq sahəsini dedim.

– Qeyd etdiniz ki, Ümümdünya Ticarət Təşkilatına da daxil olmayanda gömrük sistemində malların qeydiyyata alınmasında şəffaflıq olmur, bunu nəzərə almalı deyilikmi?

– Doğrudur, mənfi tərəfi odur ki, Ümumdünya Ticarət Təşkilatna üzv olmayanda Azərbaycanda monopoliya qalır, gömrük nəzarəti yenə də monopliyadadır. Ancaq mən yenə də daxili bazarın riskini deyirəm. Təkcə daxili bazarın riski var. Məsələn, azərbaycanlı üçün gələcəkdə kartof, xiyar yetişdirmək, onu Avropadan ucuz almaqdan daha çətin olacaq. Yəni daxili bazarı tənzimləmədən, dünya ticarət sisteminə rəqabətə öyrətmədən bizim daxili bazarmız tez çökəcək. Çünki bizim keyfiyyətli məhsullarımız çox azdır. Bizim deməyimizlə deyil, axı. Azərbaycanın Avropa bazarında rəqabət göstərə biləcək hansı keyfiyyətli məhsulu var? Keyfiyyətli məhsul çox azdır. Bu necə olacaq, bunu necə tənzimləyəcəklər? Bu, çox ciddi məsələdir.

– Kefiyyətli məhsul istehsal etsinlər və Avropa bazarına keyfiyyətli məshul çıxarsınlar ki, Azərbaycan da Ümümdünya Ticarət Təşkilatına üzv ola bilsin…

– Bəli, Azərbaycanda bazarı idarə etmək, yəni Azərbaycanın Avropa bazarına inteqrasiyasına nail olmaq üçün ölkə daxilində keyfiyyətə fikir vermək lazımdır. Bizim ölkədə keyfiyyət sıfır vəziyyətindədir. Ekskluziv sayıla biləcək bir neçə ərzaq məhsulunu çıxmaq şərtilə bir məhsulumuz Avropada rəqabətə davamlı deyil. Belə olan halda adamlar Avropa məhsulunu alacaqlar. İndi bir neçə ticarət şəbəkələri var. Tutaq ki, adamlar “Bravo”dan ucuz apelsin, mandarin ala bilirlər, ancaq evinin yanındakı kiçik bir butkaya gəlir, görür ki, “Bravo”da apelsinin qiyməti 1.69 qəpikdir, ancaq evinin yanındakı butkada 2.20 qəpikdir. Təbii ki, gedib “Bravo”dan alacaqlar. Yəni gələn ucuz məhsul yerli bazarı məhv edəcək. Gərək, yerli bazarın məhsulları keyfiyyətli, rəqabətə davamlı olsun. Mən məsələn, konserv məhsullarını yerli şirkətlərdən alıram, istəyirəm şokaladı, peçenyeni də oradan alım, yəni bu olmayandan sonra bizim yerli məhsul məhv olacaq. Camaat gərək, buna diqqət yetirsin.

Şamo EMİN, Hurriyyet.org

http://hurriyyet.org/xeber/azerbaycan_ozunun_yaxsi_idareetme_sistemini_avropa_ittifaqi_ucun_aciq_elan_edecek_-_vz_hsnov

This entry was posted in News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s