Azərbaycanda və Ermənistanda xalqları sülhə necə hazırlayacaqlar?

4 Fevral 2019 (3)Bu gün Humanitar Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Xalqları sülhə hazırlama: ötən dövrün təcrübəsi və yeni çağırışlar” adlı dəyirmi masa təşkil olundu.

HTİB sədri Əvəz Həsənov tədbir zamanı qeyd etdi ki, 2019-cu il Yanvarın 16-də Fransanın paytaxtı Paris şəhərində ATƏT-in Minsk qrupu çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən görüş zamanı hər iki tərəfin əhalisinin sülhə hazırlanması yolları barədə bəyanat verilmişdi. Qəbul olunan bəyanatda xalqların sülhə hazırlanması ilə regionda təhlükəsizliyin və dayanıqlı regional inkişafın əldə olunmasına ciddi işarə olmuşdur.

Dilarə Əliyeva adına Qadın Huquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova xalqları sülhə hazırlamaq yolunda daxili dialoqun aparılmasının vacibliyindən danışdı. Vətəndaş cəmiyyəti təmsilçilərinin sülhyaratma istiqamətində fəaliyyətini koordinasiya etməsinə ehtiyacın olduğunu qeyd etdi. N.Cəfərova yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan vəziyyətin  müzakirə olunması üçün vətəndaş cəmiyyəti nümayəndələri ilə Xarici İşlər Nazirinin görüşünün təşkil olunmasını təklif etdi.

“3-cü baxış” Anatlitik İnformasiya Mərkəzinin direktoru Rauf Rəcəbli qeyd etdi ki, münaqişənin həll olunmasının yalnız müharibə və sülh yolu olduğunu cəmiyyət yaxşı başa düşür və belə olan halda sülhü daha çox sərfəli variant kimi qəbul edir.

Tədbir zamanı vətəndaş cəmiyyəti nümayəndələri indiyə kimi Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti təmsilçilərinin əldə etdikləri təcrübəni bölüşdülər. Müstəqil jurnalist Asəf Quliyev vətəndaş cəmiyyəti nümayəndələrinin bu istiqamətdə zəngin təcrübəyə malik olduğunu bildirdi.

Mətbuat Şurasının üzvü Azər Həsrət qeyd etdi ki, Xarici İşlər Nazirlərinin görüşündən sonra cəmiyyətdə sülhün əldə olunmasının vacibliyinə diqqət artmaqdadır. “Sülhün hər iki cəmiyyət üçün vacib olduğu izah olunmalıdır. Hər iki cəmiyyətdə aqqressiv münasibətlərin aradan qaldırılması üçün addımlar atılmalıdır”.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Azərbaycan tərəfinin daha çox itkilər verdiyini, 1 milyona yaxın vətəndaşın qaçqın və məcburi köçkünün olduğunu nəzərə alsaq ölkə əhalisinə sülhün izah olunması asan olmayacaqdır. İşğal faktının davam etdirilməsi vətəndaşlarımızın sülhə olan inamını azaldır”.

Azərbaycan – Ermənistan Vətəndaş Sülh Platformasının koordinatoru Dilarə Əfəndiyeva platforma barəsində məlumat verdi. Hər iki xalqın nümayəndələri arasında münasibətlərin normallaşmasına imkan verən sülh platformasının prosesə verə biləcəyi tövhə barəsində danışdı. Qeyd etdi ki, sülh platforması xalqlar arasında gərginliyin azaldılmasına yönələn addımları ilə xalqlar arasında buzun əriməsinə təkan verəcək potensiala malikdir.

Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənanyarlı qeyd etdi ki, “sülhün əldə olunması eyni zamanda ədalətin bərpa olunmasına şəraitin yaranmasından ibarət olmalıdır ki, sülhün davamlı olması mümkün olsun”.

İnsan Hüquqları Qanunçüluğun Müdafiə Bürosu İB-nin sədri Səidə Qocamanlı öz çıxışında insanların əldə olunacaq sülhdən sərfəli nəticəni gözləməsi münaqişə tərəflərini danışıqlar prosesində daha diqqətli olmağa sövq edir. Doğma torpaqlarından qovulan insanlar son nəticə kimi öz evlərinə qayıdacaqlarına ümid edirlər.

Hüquqi Təhlil və Araşdırma İB-nin rəhbəri Ramil İsgəndərli tədbir zamanı qeyd etdi ki, Azərbaycan hakimiyyəti artıq əhalinin sülhə hazırlanmasının vacibliyindən danışırsa vətəndaş cəmiyyəti nümayəndələrinin də bu proseslərə dəstək olması onların rolunu artırmış olacaq. İlk olaraq vətəndaş cəmiyyətinin əldə etdiyi təcrübədən bəhrələnməklə prosesin tezləşməsinə təkan vermək olar.

“Buta” Uşaq Fondunun prezidenti Nazim İbadov, müstəqil araşdırıcı Bəxtiyar Aslanov, ekspert Anar Eyyubov sülhün daha effektiv olması üçün hər iki cəmiyyətdə ritorikanın korrektəsinə ciddi ehtiyac olacağını qeyd etilər.

Tədbirdə Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinın təmsilçisi Johanna Ketola vətəndaş cəmiyyətinin sülhyaratma prosesində rolunun düzgün dəyərləndirilməsi və onların imkanlarından istifadə olunmasının əhəmiyyətini vurğuladılar.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun keçmiş koordinatoru Ziya Quliyevin sözlərinə görə,  şərq tərəfdaşlığı çərçivəsində Azərbaycan və Ermənistan QHT-lərinin əməkdaşlığı fonunda regionun müxtəlif problemlərinin həlli istiqamətində təcrübə toplanmışdır.

“Strateq.az” internet səhifəsinin rəhbəri Elxan Şükürlü öz çıxışında tərəflərin fərqli mövqeyi fonunda xalqları sülhə hazırlamağın çətin bir proses olacağını xatırlatdı.

HTİB sədri Əvəz Həsənov qeyd etdi ki, tərəflər sülh danışıqlarını indiyə kimi müzakirə etdikləri Madrid Prinsipləri çərçivəsində edəcəksə təbii ki, sülhün nəticəsinin necə olacağı barədə mülahizə yürütmək olar. Əsas odur ki, hər iki ölkədə əhaliyə sülhə nail olunması üçün kompromisin əldə olunmasının vacibliyi izah edilsin. Tərəflər kompromisi özlərinin məğlubiyyəti və yaxud digəri üzərində qələbəsi kimi başa düşməsinlər.

Müzakirə iştirakçıları xalqların sülhə hazırlanması ilə bağlı vətəndaş cəmiyyəti qarşısında yeni vəzifələrin durduğunu qeyd etməklə hakimiyyətin VC potensialından istifadə etməsinin və onlarla bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladılar.

 

This entry was posted in News. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s