“2016-cı il aprel döyüşləri: dərslər və nəticələr” adlı hesabat dərc olundu – PDF

Hesabat jpgHumanitar Tədqiqatlar İctimai Birliyinin aprelin 25-də təşkil etdiyi “2016-cı il aprel döyüşləri: dərslər və nəticələr” adlı dinləmələrinin nəticəsi olaraq çıxışlar toplusu dərc olunmuşdur. Bu topluya tanınmış  siyasi şərhçilər, münaqişənin həlli ilə məşğul olan ekspertlər, tarixçi, QHT təmsilçiləri və jurnalistlərin 2016-cı ilin aprel ayında cəbhədə baş verən hadisələrə təhlilləri və çıxışları daxil edilmişdir. Hesabat 4 sessiya zamanı nəzərdə tutulan çıxışlardan tərtib olunmuşdur.

“Apreldə cəbhə bölgəsində baş verənlər” mövzusunda 1-ci sessiya zamanı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu, “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu və Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nagı bölgədə geosiyasi vəziyyət, Azərbaycan və Ermənistanda siyasi proseslər, Aprel hadisələri zamanı cəbhə bölgəsində vəziyyət, dağıntılar, insan tələfatı, qazanclar və itkilərlə bağlı məsələlərə toxunulmuşdur. Jurnalist tədqiqatçı Elxan Şükürlü, Asəf Quliyev və Seymur Kazımovun cəbhə xəttində baş verənlər ilə bağlı şərhləri əks olunmuşdur.

“Aprel hadisələri Azərbaycan və Ermənistan perspektivindən” mövzusuna həsr olunan 2-ci sessiya zamanı Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva, Fəlsəfə Elmləri Doktoru, Professor Əli Abbasov Aprel hadisələrinə Azərbaycan və Ermənistan cəmiyyətinin reaksiyası, Dağlıq Qarabağın erməni əhalisi, cəmiyyətlərin psixoloji drumu, gözləntilər və məyyusluq barədə iştirakçılar ilə öz fikirlərini bölüşmüşlər.

“Aprel hadisələri nələri dəyişdi” mövzusunda 3-cü sessiya zamanı Rusiyanın, böyük dövlətlərin beynəlxalq təşkilatların aprel döyüşlərinə münasibəti, danışıqlar prosesi, status-kvo, cəbhə xəttində yerdəyişmə ilə bağlı politoloq İlqar Vəlizadə, tarixçi, Qafqaz Tarixi Mərkəzinin sədri Rizvan Hüseynov, HTİB münaqişələrin həlli departamentinin rəhbəri  Bəxtiyar Aslanov, “Ermənistan-Azərbaycan Sülh Platforması”nın həm koordinatoru Orxan Nəbiyev müzakirə aparmışlar.

“Danışıqlar prosesi və gələcək addımlar” mövzusunda sonuncu sesiya zamanı isə aprel hadisələrindən sonra status-kvonun yeni reallaqları, danışıqlar prosesinin dalana dirənməsi, ATƏT-in Minsk Qrupunun fəaliyyətində fasilə və beynəlxalq ictimaiyyətin münaqişə tərəflərindən gözləntiləri barədə məruzə olmuşdur. Bu sessiya zamanı politoloq, “Azərbaycan Naminə” İctimai Forumunun prezidenti Eldar Namazov, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov və politoloq Əhməd Əlili iştirakçılara öz mövqeyini çatdırmışlar.

Hesabat Azərbaycan, Rus və İngilis dillərində dərc olunaraq maraqlı təşkilatlar və beynəlxalq qrumlar, diplomatik nümayəndəliklərə yayılacaqdır.

2016cı il Aprel doyushlar -qazanclar və itkiler Hesabat

This entry was posted in Publications. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s