Fevralın 17-də “Uzun yollar” sənədli filminin təqdimatı olacaq

dsc_3564Fevralın 17-də saat 11.00-da Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında Humanitar Tədqiqatlar İctimai Birliyinin hazırladığı “Uzun yollar” sənədli filminin təqdimatı olacaqdır.

Konliktoloq Əvəz Həsənovun ssenari müəllifi, Eldəniz Elgünün rejissoru olduğu “Uzun yollar” sənədli filmi Azərbaycanda öz torpaqlarından qovulmuş insanlara, ömrünün 20 ilindən çoxunu münaqişənin təsirlərində yaşayan taleyinə məcburi köçkünlük yazılmış insanlara həsr olunur. O insanlar ki, həyatlarında qazandıqlarını bir anın içində itirdilər. Onlar bütün çətinliklərindən keçib gələrək bu gün həyatın üzünə dik baxmağı bacardılrar.

Filmin qəhramanları Şuşa, Kəlbəcər, Laçın, Agdam rayonlarından olan məcburi köçkünlərdir. Filmdə qəhramanların Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğalından əvvəlki həyatı əks olunmuş, onların məcburi kökçün düşdükləri dövr və sonrakı tarixçələri əks etdirilmişdir. Sənədli filmin şəkilişləri Bakı, Ağdam, Bərdə, Tər-tər və Gəncə şəhərlərində aparılmışdır.

Filmin əsas qəhramanları Şuşa şəhər sakini Elşən Muradov hal-hazırda Bakı şəhərində yaşayır və gecə növbətçisi kimi çalışır. Laçın rayonundan olan Yaqub İsfəndiyarov saç bərbəri kimi çalışmaqla Xlrdalan şəhərində yaşayır. Kəlbəcər rayon sakini pensioner Bagdad Mirzəyeva Bərdə şəhərində məskunlaşıb. Tər-tər rayonundan olan Tofiq Misirov Bakıda kiçik bizneslə məşğuldur. Ağdam rayonundan olan Mirsəyyaf Abdullayev heykəltaraşlıq ilə məşğuldur. Ağdam rayonundan olan cərrah Sadiq Əzimov hal hazırda Bakı şəhərində yaşayır. Səadət Feyziyeva Ağdam rayonunda həkim işləyir. Rüfət Müseyibli hal hazırda tələbədir.

Sənədli film Humanitar Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “Məcburi köçkünlər haqqında sənədli film” layihəsi çərçivəsində hazırlanmışdır.

This entry was posted in Events. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s