Əvəz Həsənov: “Qərb Azərbaycandakı demokartik proseslərə yenidən başlamaq istəyir”

Avaz Hasanov 20141Deyerler.org”Səfərimin məqsədi əməkdaşlığı daha da inkişaf etdirmək və Azərbaycanda demokratiyanın inkişafına töhfə verməkdir”.Bunu Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt deyib. O, səfəri çərçivəsində QHT və media nümayəndələri ilə görüşdüyünü bildirib. Həbsdə olan şəxslərin vəkilləri ilə görüşdüyünü deyən P. Aqramunt həmin görüşlərdə açıq müzakirələrin olduğunu qeyd edib. Ekspertlər isə bu səfəri sıradan bir səfər kimi dəyərləndirirlər.

Hüquq müdafiəçisi Əvəz Həsənov Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, Qərb artıq dayanacaqsa Azərbaycanı tamamilə itirəcək: “Bütün Avropa təşkilatları indiyə qədər Azərbaycanla bağlı etdikləri layihələri vətəndaş cəmiyyətinə münasibətdən sonra bir növ çaşqınlıqla qarşıladılar. Bu baxımdan Azərbaycana gəlib yeni reallıqla sıfırdan başlayırlar. Məncə AŞPA prezidenti ölkəyə bu əhval-ruhiyyədə gəlib. Qərb Azərbaycana gələrək ölkədəki demokartik proseslərə yenidən başlamaq istəyirlər.

Artıq onlar bu münasibətlərdən sonra Azərbaycanda nəyisə yenidən planlaşdırmağın mümkünlüyünə baxacaqlar. Düşünürəm ki, bu səfərləri təftiş adlandırmaq olmaz. Bu səfərlərlə dialoqun başlandığını ehtimal etmək olar. Artıq ölkənin yeni reallığında yeni dialoqa start verilib. Əgər bu baş tutacaqsa hökumətin münasibətləri də düzələcək. Əks halda bu səfərlərin həm dövlət, həm də vətəndaş cəmiyyəti üçün ciddi bir uğur gətirəcəyini düşünmək olmaz. Artıq hər iki tərəfin başqa çıxış yolu da yoxdur. Hökumət bundan sonra münasibətləri gərginləşdirə bilməyəcək. Eyni zamanda Avropa Şurası da Azərbaycandan əl çəkməyəcək. Qərb artıq dayanacaqsa Azərbaycanı tamamilə itirəcək. Hökumət də bu münasibətlərə davam edəcəksə Avropa ilə münasibətlərini itirib tam boşluğa düşə bilər. Bu boşluqda da xaosu yarada biləcək Rusiya, Türkiyə var. Hökumət daha prqamatik yol tutmalıdır”.

This entry was posted in Intervew. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s