Vətəndaş Cəmiyyəti Forumuna ərizə qəbulu başlandı

Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumuna yeni üzvlərin qəbul olunması üçün ərizə qəEap CSF logo 1buluna başlanıb. Bu barədə məlumat verən Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri, VC Forumunun Azərbaycan üzrə əlaqələndiricisi Əvəz Həsənovun sözlərinə görə, “2009-cu ildə yaradılmış Forumun 8-ci Assambleyasına ərizələrin qəbulu barəsində elan artıq forumun internet səhifəsində yerləşdirilmişdir (http://eap-csf.eu/en/news-events/news/applications-now-open-for-the-8th-eap-csf-annual-assembly/). Forum 2016-ci il noyabr ayında Berlin şəhərində keçiriləcəkdir. Bu ilki toplantıya Azərbaycandan 25 təşkilatın seçiləcəyi nəzərdə tutulur ki, onların əksəriyyətinin xərcləri Avropa Birliyi tərəfindən ödəniləcək və bir neçə təşkilata alternativ olaraq öz hesabına foruma qatılmağa imkan yaradılacaqdır. Forumda iştirak etmək üçün öz fəaliyyətlərində Şərq tərəfdaşlığı proqramının istiqamətlərini əsas tutan QHT və həmkarlar təşkilatları müraciət edə bilərlər”


Ə.Həsənov qeyd etmişdir ki, hər il olduğu kimi bu ildə Azərbaycanı forumda layiqli təmsil edəcək təşkilatlar öz təkliflərini təqdim etməklə forumda iştirak etməyə mandat alacağına inamımz vardır. Bu Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri üçün ölkəmizin avropa inteqrasiya istiqamətində maraqlarının dəyərləndirilməsi baxımından əhəmiyyətli bir auditoriyadır. Onun yaratdığı imkanlar həm vətəndaş cəmiyyətinin inkişafına, həm də ölkədə baş verən proseslərin Avropa Birliyi ölkələrində yayılmasına yol açır. Forum bizim ölkələrimiz üçün olduqca mühüm bir tədbirdir. Forumun açılışına mütləq qaydada onun keçirildiyi ölkələrin baş nazirləri və Avropa Birliyinin ən yüksək səviyyəli təmsilçiləri qatılırlar.

Xatırladaq ki, Vətəndaş Cəmiyyəti Forumu 2015-ci ildə Kiyev şəhərində keçirilmişdi. Forumun qaydalarına uyğun olaraq illik toplantılar ilk növbədə şərq tərəfdaşlığı üzvü və Avropa Birliyi üzvü olan ölkələrdə keçirilir. Forum indiyə kimi yalnız Gürcüstan, Moldova və Ukraynada və bir neçə AB ölkələrində keçirilib. Müxtəlif səbəblərdən illik toplantının Belarusiya, Ermənistan və Azərbaycanda keçirilməsi mümkün olmamışdır.

This entry was posted in Без рубрики. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s