Şərq Tərəfdaşlığı proqramının Vətəndaş cəmiyyəti forumu bəyanat yaydı…

Şərq Tərəfdaşlığı proqramının Vətəndaş cəmiyyəti forumunun Rəhbər komitəsinin üzvü Əvəz Həsənovun verdiyi məlumata görə dünən təmsil olnduğu qrumun Krımda insan hüquqlarının, xüsusən Krım tatarlarının hüquqlarının vəziyyəti barədə Avropa Parlamentinin qətnaməsindən irəli gələn bəyanatı qəbul olunub.
Bəyanatda qeyd edilir ki, forumunun rəhbər komitəsi (RK) Krımda insan hüquqlarının, xüsusən Krım tatarlarının hüquqlarının vəziyyəti barədə Avropa Parlamenti (AP) tərəfindən 4 fevral 2016-cı il tarixli qətnamənin qəbul edilməsini alqışlayır.Qətnamə vaxtında qəbul edilib və həlledici əhəmiyyət daşıyır, belə ki, o, Krımda insan hüquqlarının pozulmasının Avropa İttifaqının gündəliyinə salınması kimi aktual məsələni qaldırır.RK xüsusən de-fakto yerli hakimiyyət orqanlarına qarşı çıxış edən krımlılar barəsində insan hüquqlarının pozuntularının çoxluğundan, eləcə də məhz Krım tatarları icmasına qarşı yönələn sui-istifadə hallarından narahatdır. Qeyd etmək vacibdir ki, bu yaxınlarda Ukrayna Ali Radası 1944-cü ildə Krım tatarlarının deportasiya olunmasını Krımın yeli xalqına qarşı soyqırımı kimi tanıyıb.

RK AP-nin Krımda vətəndaş cəmiyyəti fəallarının və müstəqil jurnalistlərin mütəmadi olaraq təqib edilməsini pisləyən fikirlərinə şərikdir. Eynilə, RK vətəndaş cəmiyyəti təşkilatlarına və kütləvi informasiya vasitələrinə tətbiq edilən məhdudlaşdırıcı xarakterli yenidən qeydiyyat qaydalarından narahatdır. Krımda məhbuslara işgəncə verilməsi halları faktiki hakimiyyət orqanları tərəfindən araşdırılmalı və siyasi məhbuslar azad edilməlidir.

İfadə, birləşmək və dinc toplaşmaq azadlıqlarına qarşı məhdudiyyətlərin mövcud olması acınacaqlı haldır. RK bu ərazi beynəlxalq hüquqa uyğun olaraq bütünlüklə Ukraynanın hüquq sisteminə qaytarılmayana qədər Krımda ayrı-ayrı malların və texnologiyaların, investisiyaların, ticarət fəaliyyətlərinin və xidmətlərin ixracı ilə bağlı sanksiyaların dəstəklənməsi barədə AP-nin çağırışını dəstəkləyir.

Xatırladaq ki, Şərq Tərəfdaşlığı proqramının Vətəndaş cəmiyyəti forumunun Rəhbər komitəsinin üzvləri 6 Şərq Tərəfdaşlığı ölkələrindən (Azərbaycan, Ermənistan, Belorusiya, Moldiva, Gürcüstan və Ukrayna) olan milli koordinatorlar, forumun işçi qrupunun koordinatorları və Avropa Birliyi ölkələrindən olan nümayəndələrdən ibarətdir.

 

This entry was posted in Без рубрики. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s