Əvəz Həsənov: “AŞPA-da Azərbaycanla bağlı istənilən bəyanatların verilməsi gözlənilir”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib və tərkibə 3 yeni deputat daxil edilib. Yanvarın 26-da AŞPA-nın qış sessiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən hüquq müdafiəçisi Əvəz Həsənov deyib ki, Azərbaycanın insan haqları və demokartiya sahəsində mövcud vəziyyəti tənqid ediləcək: “Düşünürəm ki, AŞPA Azərbaycanla bağlı ümumi tendensiyanı təkrar edəcək. Yəni, Azərbaycanın insan haqları və demokartiya sahəsində yaranmış mövcud vəziyyəti tənqid ediləcək. AŞPA-da Azərbaycana yumuşaq münasibət göstəriləcəyinə inanmıram.

Xüsusən də ötən ilin dekabr ayında ölkə başçısının ənənəvi olaraq verdiyi əfv fərmanı ilə bağlı ümidlər var idi. Qərb ciddi şəkildə gözləyirdi ki, ölkə başçısı dekabr ayında siyasi məhbusların əksəriyyətini əfv edəcək. Bu addımdan sonra Avropa Şurası Azərbaycanla bağlı mövqeyində müəyyən korrektələr edə bilərdi. Amma bu olmayandan sonra Azərbaycanla bağlı AŞPA-da ciddi tənqidlər gözləniləndir. Artıq Azərbaycan “qara siyahı”ya salınıb. Azərbaycanla bağlı istənilən bəyanatların səslənməsi gözləniləndir.

Azərbaycanı AŞPA-da təmsil edəcək heyyətdə dəyişikliklər var. Bu bizim anlamımızda dəyişiklikdir, amma AŞPA nəzərində yeni siyahının təqdimatı olmalıdır. Əgər Azərbaycanı təmsil edən bu heyyətdə ciddi dəyişiklik olmayıbsa, bu istiqamətdə də Azərbaycan ciddi tənqidlərə məruz qala bilər. Ola bilsin ki, bu siyahının təsdiqi bir az geciksin. Eyni zamanda, Azərbaycanla bağlı aparılan müzakirələri uzada bilərlər”.

 

/Deyerler.org/

This entry was posted in Intervew. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s