Vətəndaş Cəmiyyəti Forumu Azərbaycan Milli Platformasının toplantısı keçirildi

Dekabrın 23-də QHT-lərin Bakı Resurs və Təlim Mərkəzində Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Azərbaycan Milli Platformasının növbəti toplantısı keçirildi.

Forumun Azərbaycan üzrə əlaqələndiricisi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Milli Platforma (MP) üzvlərinə onu əlaqələndirici seçdikləri üçün minnətdarlıq etdi və 19-22 Noyabr tarixlərində Kiyev şəhərində keçirilən Vətəndaş Cəmiyyəti Forumunun 7-ci Assambleyasının yekunları və müzakirə olunan məsələlər barədə məlumat verdi. MP-nın 2016-ci il üçün fəaliyyət istiqamətləri ilə bağlı əsas tezisləri toplantı iştirakçılarının diqqətinə çatdırdı və yaxın zamanda həmin sənədin tam variantının platforma üzvlərinin müzakirəsinə veriləcəyini qeyd etdı. Burada əsas diqqət çəkən məqamlar vətəndaş cəmiyyətinin ölkə daxilində rolunun artırılması, Avropa institutları ilə əməkdaşlığın genişləndiriləməsi və şərq tərəfdaşlığı istiqamətində vətəndaş cəmiyyəti ilə dövlət arasında əməkdaşlıq sahələrinin müəyyən edilməsindən ibarətdir.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Forumun 7-ci Assambleyasında təşkil olunan sərgi zamanı Ermənistan nümayəndə heyəti tərəfindən təqdim olunan xəritədə ölkəmizin ərazi bütövlüyüynə qarşı edilən hörmətsizliyə etiraz olunduğunu qeyd etdi. MP-nın gələcəkdə bu kimi halların təkrar olunmaması üçün Forumun katibliyinə ünvanlanan müraciəti qəbul olundu.

Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı vəziyyətin müzakirəsi ilə yanaşı tədbir iştirakçıları qeyd etdilər ki, hökumət vətəndaş cəmiyyətini avrointeqrasiya proseslərində əsas partnyor kimi görməli və onunla əməkdaşlığa hazır olmalıdır. Demokratiya Monitoru İB-nin sədri Fuad Həsənov, Azərbaycanla Avropa İttfaqı arasında müzakirə olunan əməkdaşlıq təşəbbüslərinin müzakirəsinə vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasının vacibliyini vurğuladı. Konstitutsiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev Platformanın Azərbaycan hökuməti ilə Aİ arasında müzakirə olunan sənəd üçün təkliflərin hazırlanmasında iştirakının əhəmiyyətindən danışdı və vətəndaş cəmiyyətinin bu müzakirələri parallel olaraq Avropa İttifaqı ilə də aparmasının vacibliyini qeyd etdi. Çıxış edən MP üzvləri – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırma İB-nin sədri İlqar Hüseynli, Demokratik İslahatçı Gənclər İB-nin sədri Vüsalə Hüseynova, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy Forumun fəaliyyətinin genişləndirilməsi üçün yerli platformaların rolunun artırılmasına diqqətin yönəlməsini əsaslandırdılar.

MP-nın Əsasnaməsi müzakirə olundu, onun platformaya üzvlük məsələlərini müəyyən edən yeni təkliflərin nəzərdən keçirilməsi məqsədilə müzakirəyə təqdim ediləcəyi qərara alındı. MP-nın işçi qruplar üzrə əlaqələndiricilərinin yaxın zamanda seçilərək idarə heyətinin formalaşmasına və 2016-cı ilin əvvəlində növbəti ümumi yığıncağın keçirilməsinə razılıq verildi.

Eyni zamanda həbsdə olan platfroma üzvlərinin sağlamlığı ilə bağlı vəziyyət müzakirə edildi və iştirakçılar dekabr ayında göşlənilən əfv fərmanında həbs olunan MP üzvlərinin azadlığa çıxacağına və MP-nın işinə müsbət tövhə verəcəyinə ümid etdiklərini bildirdilər.

Image | This entry was posted in Без рубрики. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s