“Yeni Mənzillər və Qayıdış Ümidləri” adlı hesabatı təqdim olundu

DSC_0179Humanitar Tədqiqatlar Cəmiyyəti bu gün Avropa İttifaqının maliyyə və Barışıq Resursları təşkilatının dəstəyi ilə reallaşdırılan “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda Avropa Tərəfdaşlığı (EPNK)” layihəsi çərçivəsində reallaşdırdığı məcburi köçkünlərin yeni qəsəbələrə köçürülməsi proseslərini əhatə edən “Yeni Mənzillər və Qayıdış Ümidləri” adlı hesabatının Beynəlxalq Mətbuat Mərkəzinin dəyirmi zalında müzakirəsini təşkil etdi. Müzakirədə hökumət nümayəndələri, beynalxalq təşkilatların təmsilçiləri, Bakıda akkreditasiya olunmuş ölkələrin səfirliklərinin təmsilçiləri, QHT nümayəndələri, jurnalistlər və məcburi köçkün icmalarının nümayəndələri iştirak etdilər.

Tədbirdə Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi səfir Herbert Salber çıxış edərək Avropa Birliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görülən işlər barədə məlumat verdi və iştirakçıların suallarının cavablandırdı.

Barışıq Resursları təşkilatının Cənubi Qafqaz proqramının rəhbəri Zigfried Vober təmsil etdiyi təşkilatın son illərdə Azərbaycanda məcburi köçkünlərin inteqrasiyası üçün həyata keçirdiyi layihələr barədə məlumat verdi.

Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov təşkilatın koordinatoru olduğu “Birləşmiş imkanlar” Məcburi Köçkünlər Şəbəkəsi üzvlərinin potensialı və işlədikləri rayonlarda yerləşən məcburi köçkün icmaları arasında keçirilən müzakirələr əsasında tərtib olunan hesabat barədə məlumat verdri. Humanitar Tədqiqatlar Cəmiyyətinin Sülh və münaqişələrin həlli departamentinin rəhbəri Bəxtiyar Aslanov hesabatın əsasən Ağdam, Bərdə, Füzuli, İmişli, Qazax rayonlarında, Bakı və Mingəçevir şəhərlərində məskunlaşan məcburi köçkün icmaları və yeni qəsəbələrə köçürülmüş şəxslərin fikirlərini əks etdirdiyini bildirdi.

Hesabatın hazırlanması üçün nəzərdə tutulan müddətdə 14 fokus qrup keçirilmiş, hər bir fokus qrupa 8-15 nəfər olmaqla, cəmi 165 nəfər dəvət olunmuşdur. Fokus qruplara verilən sualların məqsədi əsasən məcburi köçkünlərin əvvəl yaşadıqları qəsəbə və məzillərdəki ümumi vəziyyət, yeni qəsəbələrin vəziyyəti və insanların orada mövcud olan həyat şəraiti, yeni qəsəbələrə köçürülmə prosesi və bununla bağlı məlumatlandırma kampaniyası, yeni qəsəbələrə köçürülmənin insanların inteqrasiyasına təsir etdiyini müəyyən etməkdən ibarət olmuşdur.

Ə.Həsənov bu tədbirin və hazırlanan hesabatın Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılan “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yolunda Avropa Tərəfdaşlığı (EPNK)” layihəsi çərçivəsində və Barışıq Resursları təşkilatı ilə birgə hazırlandığını iştirakçıların diqqətinə çatdırdı.

DSC_0254 DSC_0249 DSC_0245 DSC_0241 DSC_0227 DSC_0217 DSC_0214 DSC_0210 DSC_0203 DSC_0200 DSC_0198 DSC_0195 DSC_0180 DSC_0179 DSC_0175

This entry was posted in Publications, Reports. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s