“Let`s PeaceJam” adlı video-dialoq layihəsi

Humanitar Tədqiqatlar Cəmiyyətinin aprel 2010 – may 2011 ci il tarixdə icra etdiyi video dialoq layihənin məqsədi Azərbaycan və Ermənistan cəmiyyətlərində münaqişənin mövcud olduğu vaxtdan formalaşdırılmış stereotiplərin aradan qaldırılması və miflərin dağılmasından, Ermənistan və Azərbaycan gəncləri arasında DQ münaqişəsinin sülhyönümlü həllinə inamın səviyyəsini artırmağa xidmət edən müzakirələri dəstəkləməkdən ibarət olmuşdur.

Layihənin çatmaq istədiyi əsas nəticələrindən biri Azərbaycanlı gənclərin qonşu ölkələrdəki gənclər haqqında əlavə biliklərə və bir-birini daha yaxşı başa düşməyə yönələn mövqelərin formalaşması və cəmiyyətdə mövcud mühitin dəyişməsinə, DQ münaqişəsinin həlli ilə bağlı gedən proseslər barədə gənclərin məlumatlandırmasından ibarətdir.

HTC-nin yaydığı hesabata görə layihə tərəflərinin – Azərbaycan və Ermənistandan olan partnyorların apardığı iş sahəsində 1100 nəfər müxtəlif sosial quplardan və yaş həddinə malik olan gənclər tədbirlərə cəlb olunmuşlar. Onlar yaşadıqları cəmiyyətləri narahat edən məsələlər ətrafında təcrübəli ekspertlərin iştirakı ilə təşkil olunmuş, Skype proqramının verdiyi imnkanlartdan istifadə edərək 30-dan çox virtual müzakirələr aparmışlar. İnternetin yaratdığı bu imkan gənclərin qısa bir zamanda müharibə şəraitində olan cəmiyyətin təmsilçiləri ilə “sərhədsiz” təmasına olan inamını artırmişdir. Aparılan müzakirələrin mövzuları layihə tərəflərinin ümümi müzakiərsi əsasında təhsil, mədəniyyət, inteqrasiya, gender münasibətləri kimi problemləri, Dağlıq Qarabağ münaqişəsinin həll olunnması istiqamətində cəmiyyətlərin apardıqları səyləri və münaqişənin həlli ilə bağlı cəmiyyətlərlə aparılan işin səviyyəsini göstərmək kimi məsələrə həsr olunmuşdu.

Proqram çərçivəsində gənclərin müxtəlif münaqişələrdən nümunələrlə tanış olması və öz biliklərini digər münaqişə misalları ilə zənginləşdirməsi üçün “Mən insanam” Cənubi Qafqaz İnsan Hüquqları və Sülh festivalı zamanı Cənubi Qafqazın 25 şəhərində nümayiş etdirilmiş filmlərdən bir neçəsi seçilərək təqdim olunmuşdur. Həmin sənədli filmlər əsasən İsrail-Fələstin, Balkan ölkələri, Şimali İrlandiyada münaqişə zamanı və münaqişədən sonra insanların həyat tərzi və birgə yaşayışını əks etdirən məsələlərə həsr olunmuş filmlər idi.

Layihənin icrası müddətində gənclər arasında sterotiplərin aradan qaldırılması istiqamətində atılan addımlar öz bəhrəsini verməklə yanaşı, bütün səyər gənclərin sülhyaratma prosesinə daha aktiv qoşulması üçün stimulun yaradılmasına yönəlmişdi. Bu baxımdan ən önəmli məqamlardan biri isə layihədə iştirak edən gənclərdən ibarət 6 nəfərin PeaceJam Təşəbbüsünün illik konfransında iştirak etmək və bu formatda Ermənistan və Azərbaycan gənclərinin münaqişəyə daha geniş prizmadan baxmalarına şərait yaradılması olmuşdur. İllik konfrans zamanı Nobel sülh mükafatı laureatı Betty Villiams ilə Azərbaycan və Erməni gənclərin görüşü olmuş, onun sülhyaratma işində fəaliyyətinin və gənclərin bundan necə örnək götürə bilmələri ilə bağlı müzakirələr aparılmışdır.

Azərbaycanda və Ermənistanda sülhyaratma prosesinə qoşulan vətəndaş cəmiyyətlərinin əməkdaşlıq təcrübəsində ilk dəfə olaraq Skype proqramının imkanlarından istifadə edərək Bakı-Yeravan-Xankəndi arasında video most yaradılmışdı. Gənclər qatıldığı auditortiya ilə polemika aparmaq, qarşı tərəfi dinləmək və onlarla vəziyyəti müzakirə etmək imkanı ədlə etmişdilər. Bu cür müzakirələrə təcrübəli ekspertlər moderator və yaxud məruzəçi qismində dəvət olunur və məruzələrindən sonra qarşı auditoriyada dəvət olunmuş ekspertin şərhi səslənir və müzakirələr aparılırdı. Gənclər ekspertlərin rəylərini dinlədikdən sonra müzakirələrə qoşulur, suallar verir və yaxud öz təkliflərini səsləndirirdi. Müzakirələrə hər üç şəhərdən olan ekspertlərlə yanaşı Almaniya, Avstriya, Kanada, İngiltərə, Rusiya, Gürcüstandan olan ekspertlər dəvət olunmuşdular.

HTC tərəfindən layihənin ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində müəyyən işlər görülmüşdür ki, onun əsas hissəsi məhz internet mətbuatının payına düşür. İnternet portallarda və Facebook sosial şəbəkəsində keçirilən video müzakirələr, onların foto şəkilləri və video materialları yerləşdirilmiş və müzakirələr olmuşdur. Lakin, sosial şəbəkədə istənilən sülhyaratma tədbiri, xüsusən Dağlıq Qarabağdan polan ermənilərin də qatıldığı tədbirlər ciddi tənqid olunduğundan və yaxud onlara qarşı senzuranın tətbiq olunmasından layihənin geniş auditoriyaya çatdırılmasında süni maneələr olmuşdur. Bu baxımdan layihənin geniş ictimai fikrə təsiri və onun yayılması baxımndan müəyyən çətinliklərinın olduğunu da qeyd etmək lazımdır:

Birincisi, yerli mətbuat orqanları Bakı-Yerevan-Xankəndi arasında baş tutan bu video dialoqun işıqlandırılmasında maraqlı olmamışlar. Onların tədbirlərin gedişi haqqında hazırladığı materiallar belə, sonradan çapa hazırlanarkən ciddi korrettə olunurdu və yaxud redaktorlar onu çap etməyə imkan vermirdilər;

İkincisi, millətçi qüvvələrin yerıli mətbautda sülhyaratma prosesini hədələmək cəhdləri gəncləri ermənilərələ istənilən polemikaların qurulması cəhdlərindən daşındırırdı;

Bu layihənin özünə məxsus üstünlüyü olmuşdur:

  • Gənclər birbaşa əlaqələrin qurulması mifi ilə mübarizə aparmaq üçün həvəsli oldular. çox zaman məhz öz daxillərində olan erməni ilə polemika aparmaq streotipini sındırmağa çalışırdılar;

  • Auditoriyada iştirakçılar arasında tədbir başlamazdan əvvəl mövcud olan ehtiyyatlılıq sonradan aradan qalxırdı. Bəzən müzakirələrdə aktivlik göstərən və ümumi dəyərlərə əhəmiyyət verən gənclər müzakirə zamanı öz aralarında həmfikirlər axtarırdılar.

  • Video konfranslar ali təhsil məktəblərində beynəlxalq münasibətlər və münaqişələrin həlli fakultələrində təhsil alan tələbələr üçün münaqişələrin aradan qaldırılmasına həsr olunmuş praktik tədbir kimi çox maraqlı və əhəmiyyətli idi. Onların praktiki marağı ali təhsil müəssisələri ilə münasibətlərin qurulmasına imkan verirdi.

HTC-nin partnyorları və layihədə iştirak edən insanlarınm fikirlərinə istinad edərək demək olar ki, layihə son zamanlar Azərbaycan və Ermənistan arasında birbaşa münasibətlərin qurulmasında yaranan çətinlikər fonunda çox dəyərli addım olmuşdur. Nəzərə alsaq ki, Azərbaycan teleməkanında Ermənistanla son 10 ildə aparılan tele-debatlar və tele-körpülərdən başqa hər hansı ciddi video görüntülərlə müşayət olunan təşəbbüslər olmamışdır, xüsusən müəyyən təcrübə əldə etmiş gənclərin beynəlxalq konfranslarda, neytral ərazilərdə görüşlərindən başqa bu cür səfərlərə qatılmaq imkanı olmayan gənclər üçün bu marqlı tədbir olmuşdur.

HTC tərəfindən gənclərin sosail şəbəkələrdən istifadə imkanları təhlil edilmiş, onların münasibətlərin qurulmasında potenisllarının səviyyəsi araşdırılmışdır. Təşkilatın qənaəti bundan olmuşdur ki, gənclərin sosial şəbəkələrdə məlumatı yaymaq və təmasları qurmaq imkanları yaşlı nəslin imkanlarından daha çox olduğundan onların potensialından münaqişələrin həllində və münasibətlərin normallaşdırırlması istiqamətində dəyərli resurs kimi istifadə olunması daha uğurlu addım ola bilərdi. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində “PeaceJam təşəbbüsü: gənclərin sülhyaratma imkanları”, “Sülhyaratma prosesi: gənclərin təşəbbüsləri, yeni medianın rolu”na həsr olunmuş iki seminar təşkil olundu ki, bu da gənclərin müzakirələr nəticəsində yeni təşəbbüslər ilə çıxış etməyin yollarını müəyyən etməyə imkan vermişdir.

HTC 1997-ci ildə yaradılmiş qeyri-hökümət təşkilatıdır. Təşkilatın əsas məqsədi vətəndaş cəmiyyətinin inkişafı, münaqişələrin həlli, miqrasiya proseslərinin tənzimlənməsində monitırinqin aparılması və proqramların hazırlanmasınmdan ibarətdir.

İstifadə olunan ədəbiyyatlar:

 

Humanitar Tədqiqatlar Cəmiyyətinin layihə ilə bağlı hesabatı. http://humanrights-az.org/

“Мы азербайджанцы…мы армяне”. Azadlıq Radiosu. Müəllif Rəhman Bədəlov

“Ermənistan və Azərbaycan gəncləri üçün video müzakirələr” Press Reliz. HTC, 10.07.2011

“Sülhü hamı istəyir”. Qafqazinfo.az. 22.09.2011

This entry was posted in Без рубрики. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s