“İlin QHT layihəsi” müsabiqələrinin qalibləri mükafatlandırılıb

Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İlin QHT layihəsi” və “2009-cu ildə QHT-lərin fəaliyyətini ən yaxşı işıqlandıran KİV” müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimini keçirib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən şuranın sədri Azay Quliyev 2009-cu ildə maliyyələşdirdikləri layihələrin monitorinqini apardıqlarını və bu layihələrin cəmiyyətə təsirini qiymətləndirdiklərini deyib. O, mətbuat-QHT əlaqələrinin monitorinqini apardıqlarını da söyləyib. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə çıxışında dövlətin vətəndaş cəmiyyətinin inkişafına yardım göstərdiyini, bu məsələni dövlətin siyasətində mühüm yer tutduğunu bildirib.

“İlin QHT layihəsi” mükafatını Humanitar Tədqiqatlar Cəmiyyəti, “SOS” Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası və Azərbaycan Hüquqşünaslar Konfederasiyası qazanıb. 2009-cu ildə QHT-lərin fəaliyyətini ən yaxşı işıqlandıran KİV nominasiyasını qazananlar arasında APA və “Lent.az” da var. Bir sıra jurnalistlər də bu nominasiya üzrə qalib elan olunublar.

Mükafatları Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin komissiya sədri Rəbiyyət Aslanova və digərləri təqdim edib.

This entry was posted in Без рубрики. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s