Əvəz Həsənov: “Biz hər şeydən əvvəl azərbaycanlılar və ermənilər arasındakı mifləri yox etməliyik”

Gün.Az-ın Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənovla müsahibəsi:

– Azərbaycan və Ermənistan prezidentləri Soçidə Qarabağ üzrə son sammitdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib və Rusiya prezidentindən bu prosesə yardım göstərməsini xahiş ediblər. Rusiya bununla əlaqədar olaraq nə edə bilər?

– Mənə elə gəlir ki, Rusiyanın vasitəçiliyi olmadan da, Qərb ölkələri tərəfindən maliyyələşdirilən fondların dəstəyi ilə bu humanitar fəaliyyət davam etdirilə bilər. Əvvəllər də Rusiyanın bu işlərdə rolu kiçik olub. Rusiyada keçirilən konfranslar, görüşlər və digər tədbirlər həmişə humanitardan çox siyasi mahiyyət daşıyıb.

Hesab etmirəm ki, Rusiya bu meydanda böyük uğurlar əldə edə bilər. Rusiya bu prosesdə kök salmağa çalışır, lakin uğursuzdur, çünki taxça artıq Avropa ölkələri tərəfindən tutulub. Avropa İttifaqı 2009-cu ildən Dağlıq Qarabağ üzrə Avropa siyasəti adlanan böyük regionl layihə üzərində işləyir. Bu layihə dörd il müddətinə nəzərdə tutulub və mənə elə gəlir ki, Rusiya onunla rəqabət aparara bilməyəcək.

Sadəcə olaraq Rusiyanın bilavasitə cəbhə xətti vasitəsilə qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün münaqişə tərəflərinə təsir imkanları var. Rusiya buna nail ola bilər. Hazırda Dağlıq Qarabağı idarə edən insanlar bilavasitə Rusiyanın təsiri altındadırlar ki, bunu da biz iki il öncə Azərbaycan və Ermənistanın Moskvadakı səfirlərinin rəhbərliyi altında münaqişə zonasına təşkil olunan missiyadan hiss etmişik. Aydın idi ki, Rusiyanın istəyi ilə qısa vaxt ərzində cəbhə xəttindən birgə keçmə mümkündür.

Yəni Rusiyanın müəyyən imkanlları var, lakin hümanitar sülhməramlı missiyada Avropa İttifaqı ilə rəqabət aparmaq şansı yoxdur. Məsələn, mən və mənim bu prosesdə iştirak edən həmkarlarım Rusiyanın istəyinin həqiqiliyinə inanmırıq. Məsələn, sabah məni Moskvada keçiriləcək belə bir aksiyaya qoşulmağa dəvət etsələr, mən çətin ki, bunu qəbul edə bilim. Çünki mən Rusiyaya etibar etmirəm. Mənə elə gəlir ki, bunların hamısı saxtadır.

– Necə olursa-olsun Azərbaycan və Ermənistan prezidentləri özləri Rusiya Federasiyası başçısından vasitəçilik etməyi xahiş ediblər. Yəni bunu bəzi məlumatlara görə, Dağlaq Qarabağın hər iki icması nümayəndələrinin ötən ilin noyabr ayına planlaşdırılmış görşünü pozan Serj Sarkisyan da xahiş edib. İrəvanın belə bir siyasət dəyişikliyi nədən irəli gələ bilər?

– İcma formatında görüşlərlə nə Ermənistanda, nə də Dağlıq Qarabağda razı deyillər. Orada bu istiqamətdə irəli sürülən istənilən təşəbbüs sərt qarşılanır. Bunu Qarabağın oradan qovulan sakinləri ilə hazırki əhalisinin görüşü kimi təqdim etmək isə başqa məsələdir. Beləliklə, sonra erməniləri də buna inandırmaq olar. Görüşlərin icmalar səviyyəsində olduğunu deyəndə, onlar belə tədbirlərdən boyun qaçırırlar.

Ermənistanda belə görüşlərə xüsusi əhəmiyyət verilməsə də, onlar Qarabağ erməniləri ilə azərbaycanlılar arasında əlaqələrin mövcud olmasında maraqlıdırlar. Bu isə ona görə belədir ki, Ermənistanda gələcəkdə üzərilərinə düşən məsuliyyət azad olmaq istəyirlər, Avropaya Dağlıq Qarabağa təsir imkanlarının olmadığını və münaqişənin nizamlanması ilə bağlı məsələləri yalnız onunla həll etməyin lazım olduğunu nümayiş etdirmək istəyirlər.

Azərbaycan üçün bu addımı atmaq da, kənarda qalmaq da çox çətindir. Hal-hazırda Dağlıq Qarabağda yaşayanları biz de-yure öz vətəndaşlarımız hesab edirik, onlarla ünsiyyətdən yayına bilmərik, eyni zamanda Azərbaycan rəhbərliyinin özü də belə provokasiyaya gedə bilməz. Mənə elə gəlir ki, biz bu formatı Dağlıq Qarabağın iki icmasının təmas formatı adlandırmaqla bir qədər tələsmişik, ən yaxşısı bu formatı vətəndaş cəmiyyətinin nümayəndələrinin formatı adlandırmalıyıq.

– Siz belə təmasların yaradılmasının birbaşa iştirakçısı kimi, bu görüşləri gələcəkdə necə görürsünüz? Münaqişənin heç olmasa siyasi nizamlanmasına nail olmaq üçün bu görüşlər necə olmalıdır?

– İlk növbədə, biz azərbaycanlılarla ermənilər arasındakı mifləri aradan qaldırmalıyıq. Cəmiyyətlərimiz bir-birinə münasibətdə qapalı qalmaqla, hələ ki bu miflərlə yaşayırlar. Və biz bunu dəyişməliyik. Azərbaycanın və Ermənistanın birgə yaşama və hətta qohum olma ilə bağlı zəngin təcrübələri var.

Biz bunu itirmişik, bunu bu gün real şəkildə nümayiş etdirmək şansımız yoxdur və bu müsbət təcrübə artıq yaddaşlardan silinməkdədir. Bununla belə, gənc nəslə bu müsbət təcrübəni nümayiş etdirmək lazımdır, bunun mümkün ola biləcəyini onlar bilməlidirlər.

Bundan əlavə, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimadın yaradılması ilə bağlı bir sıra humanitar problemlər həll edilməlidir. Məsələn, əsir və girovların problemi var, qaçqınların və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına normal qaydada geri dönməsi problemi var, informasiya müharibəsi problemi var ki, bu da qarşılıqlı ittihamlar və təhqirlərlə müşayiət olunur. Təhqiredici leksika, qarşılıqlı həqarətlər ümumiyyətlə informasiya resurslarından və cəmiyyətdən tamamilə xaric edilməlidir.

Bunu həm də ona görə etmək lazımdır ki, səhəri gün eyni masa ətrafında əyləşəndə bu cür xırda anlaşılmazlıqları yox, Dağlıq Qarabağın və 7 rayonun geri qaytarılmasını, eləcə də bu bölgənin statusunun müəyyən edilməsi məsələsini müzakirə edə bilək. Nə qədər ki, xırda məsələləri həll etməmişik, görüşlər baş tutduğu təqdirdə işğal edilmiş torpaqların qaytarılması barədə danışa bilməyəcəyik.

Bu nöqteyi-nəzərdən prezidentlərin son bəyanatlarını vacib hesab edirəm. Prezidentlər artıq bizim illərdir dediyimiz məsələnin üzərinə gəliblər. Artıq neçənci ildir ki, böyük məsələlərin həllinə nail olunması üçün kiçik məsələlərdən canımızı qurtarmağın vacib olduğunu deyirik. Əgər biz bu problemləri həll edə bilməsək belə, heç olmasa xalqlar arasında etimad münasibətləri yarada bilərik, yoxsa dövlət başçıları tərəfindən xaricdə imzalanmış sazişi xalqa çatdırmaq çətin olacaq.

F.H.
Gün.Az
URL: http://www.gun.az/interview/28192

This entry was posted in Intervew. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s