www.karabakhblog.com internet səhifəsi

Humanitar Tədqiqatlar Cəmiyyəti 2009-cu il mayın 1-dən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi, onun tarixi, mədəniyyəti ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “karabakhblog” layihəsinə başlamışdı.

Layihə çərçivəsində http://www.karabakhblog.com internet səhifəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə sentyabrın 1-dən etibarən açılmışdır.

İnternet səhifə Azərbaycan, Rus və İngilis dillərində hazirlanmışdır. Buraya daxil olan materiallar bir-birini tamamlayır və gündəlik olaraq yenilənməkdədir. Səhifədə Qarabağın tarixi, mədəniyyəti, insanları, münaqişə, DQ-ın dünəni və bu ğününə həsr olunmuş məlumatları özündə əks etdirən məlumatların toplanması və DQ ilə bağlı internet resurslara malik olan təşkilat və şəxslərlə məlumat mübadiləsinin qurulması nəzərdə tutulur.

Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana yaradılan internet resurslar, müxtəlif insanların özlərinin təşəbbüləri və dövlət tərəfindən dəstəklənən müxtəlif proqramlar tərəfindən həyata keçirilmişdir. Lakin, yaradılan həmin resrursların əksəriyyəti DQ ilə bağlı mövcüd mənbələrdəki məlumatları özündə birləşdirməkdən ibarət olmuşdur. Yaradılan resurslar DQ ilə bağlı insanlarda ətraflı məlumatların əldə olunmasına az imkan verdiyindən və daha çox yerli auditoriya üçün nəzərdə tutuldüğundan beynəlxalq alamdə DQ ilə bağlı məlumatları əldə etmək istəyənlər ümumdünya axtarış sistemiində DQ ilə bağlı hər hansı axtarış edərkən əksərən ermənilərin yaratdıqları resurslarla rastlaşırlar.

Təşkilatımızın yaratdığl internet səhifə Dağlıq Qarabağın coğrafi ərazisi, onun təbiəti, mədəniyyəti, insanları, münaqişənin kökləri barəsində insanların məlumat almasına yardımçı ola biləcək, daha dolğun bir internet resursun yaradılmasına qarşısına qoymuşdur. Burada eyni zamanda Qarabağ bölgəsindən olan insanların yaddaşları, xatirələrinə olan etnioqrafik xarakterli məlumatların toplanması və onun rus və ingilis dillərinə tərcumə olunaraq internetdə yerləşdirilməsinə xidmət edəcəkdir.

BU proqramın özəlliyi ondadır ki, ilk dəfə Azərbaycanda DQ münaqişəsi ilə bağlı mövcud internet resursların idarəediciləri olan və yaxud bu cür resursları dəstəkləyən provayderlərin, eləcədə münaqişə sahəsində təcrübəli ekspertlər, QHT nümayəndələri, dövlət nümayəndələri, alimlər, informasiya texnologiyaları sahəsində təcrübəli mütəxəssislər və Azərbaycan diasporasının iştirakı ilə Bakı şəhərində iki günlük konfransın keçirilməsi nəzərdə tutulur.

Saytın idarə heyəti – Humanitar Tətqiqatlar Cəmiyyətinin direktoru Əvəz Həsənov, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Navella Cəfəroğlu, Məcburi Köçkün Cəmiyyətinin sədri Çıraq Hüseynov, saytın texniki direktoru Səbuhi İsayev və Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat fakültəsinin müəllimi Zəfər Şamilov

HTC bütün Azərbaycan vətəndaşlarından Dağlıq Qarabağın təbiəti, mədəniyyəti, tarixi abidələri, əl işləri ilə bağlı foto və vidolarını, eləcədə sənət və elm adamlarından öz əsərlərini internetdə yerləşdirmək üçün bizimlə paylaşmalarını rica edir. Bundan ötrü internet səhifənin elektron poçt ünvanı – karabakhblog@yahoo.com ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Video – Karabakhblog

http://www.youtube.com/karabakhblog

Karabakhblog Facebook-da http://www.facebook.com/karabakhblog

This entry was posted in Без рубрики. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s